Xüsusi nümayəndə: İşğal dövründə Kəlbəcərin zəngin təbii sərvətləri amansız şəkildə istismar olunub
Kəlbəcərin zəngin təbii sərvətləri və ekoloji mühiti amansız şəkildə istismar olunub.
"Sizinxeber.az" xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Laçın&Kəlbəcər:Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol" adlı sessiyada deyib
O bildirib ki, rayon ərazisindəki meşələr məhv edilib, təbii sərvətlər talan olunub, su ehtiyatlarına və biomüxtəlifliyə ciddi ziyan vurulub:
"Rayonun iqtisadi potensialı, turizm imkanları və illərlə formalaşmış sosial infrastrukturu darmadağın edilib. İnsanlar isə doğma yurdlarından məcburi şəkildə didərgin salınıblar. Bu səbəbdən, bu gün Kəlbəcərdə həyata keçirilən layihələr təkcə tikinti və yenidənqurma prosesi deyil, həm də tarixi ədalətin bərpasını və həyatın yenidən doğma torpaqlara qaytarılmasını ifadə edir".
Xüsusi nümayəndə qeyd edib ki, bölgədə həyata keçirilən genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətli dirçəlişini dəstəkləyir, əhalinin dayanıqlı məskunlaşmasını təmin edir, davamlı iqtisadi fəaliyyəti qoruyur və bu ərazilərin yüksək inkişaf etmiş bölgələrə çevrilməsi üçün möhkəm zəmin yaradır:
"Eyni zamanda, həyata keçirilən proseslər işğal dövründə ərazilərimizdə törədilən dağıntıların, vandalizm aktlarının, ekoloji mühitə və mədəni irsə vurulan zərərlərin aradan qaldırılması baxımından xüsusi əhəmiyyət daşıyır".
Oxşar xəbərlər
İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur
Bəşir Hacıyev: Kəlbəcərin beş kəndinin layihələndirməsi başa çatıb
Məsim Məmmədov: Vaxtilə işğal altında olan ərazilərdəki tarixi və mədəni irs vandalizmə məruz qalıb
Xüsusi nümayəndə: Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma layihələri davam edir
Xüsusi nümayəndə: Kəlbəcəri yüksək inkişaf etmiş regiona çevirməyi hədəfləyirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
