AMB və ARDNF vahid xəzinə hesabının qalıq vəsaitlərini idarə edə biləcəklər
Azərbaycanda vahid xəzinə hesabının qalıq vəsaitləri Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Mərkəzi Bankına (AMB) və Dövlət Neft Fonduna (ARDNF) idarəetməyə verilə bilər.
"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları"nda öz əksini tapıb.
Qaydalara əsasən, qalıq vəsaitlərinin idarəetməyə verilməsi zamanı dövlət büdcəsinin gəlir və xərcləri, onların gözlənilən icrası, qalıq vəsaitlərinin həcmi, likvidlik və kredit riskləri, habelə qalıq vəsaitlərinin proqnozlaşdırılan gəlirlilik dərəcəsi nəzərə alınır. Qalıq vəsaitlərinin idarəetməyə verilməsi Nazirliklə idarəetməyə götürən arasında bağlanılmış müqavilə, saziş və digər hüquqmüəyyənedici sənədlər və əqdlər əsasında həyata keçirilir. Qalıq vəsaitlərinin idarəetməyə verilərək yerləşdirilməsi istiqamətlərinin seçilməsinə nazirlik qərar verir.
İdarəetməyə verilən qalıq vəsaitləri aşağıdakı maliyyə alətlərinə investisiya oluna bilər:
- "A-" (Standart ənd Purz, Fiç) və ya "A3" (Mudiz) reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin mərkəzi banklarda, kommersiya banklarında və digər maliyyə təsisatlarındakı depozitlərə;
- "A-" (Standart ənd Purz, Fiç) və ya "A3" (Mudiz) reytinqindən aşağı olmayan reytinqə malik pul (likvidlik) fondlarına;
- A-" (Standart ənd Purz, Fiç) və ya "A3" (Mudiz) reytinqindən aşağı olmayan reytinqə malik olan xarici ölkələrin hökumətləri, dövlət agentlikləri və ya maliyyə təsisatları tərəfindən buraxılmış dövlət təminatları olan qiymətli kağızlara, habelə "A-" (Standart ənd Purz, Fiç) və ya "A3" (Mudiz) reytinqindən aşağı olmayan reytinqə malik beynəlxalq maliyyə təşkilatları, kommersiya bankları və digər maliyyə təsisatları tərəfindən buraxılmış qiymətli kağızlara.
Qalıq vəsaitləri qeyd olunan maliyyə alətlərindən fərqli maliyyə alətlərinə, habelə səhmlərə, törəmə maliyyə alətlərinə, qiymətli metallara və qiymətli daşlara investisiya oluna bilməz.
Qalıq vəsaitlərini idarəetməyə götürən qalıq vəsaitlərinin idarə edilməsi zamanı onların yerləşdirildiyi hesabın vəziyyəti, vəsaitlərin həcmi və eləcə də hesabat dövründə həyata keçirilən əməliyyatlar və əldə edilmiş gəlir barədə ayda bir dəfə Nazirliyə hesabat təqdim edir.
Nazirlik qalıq vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlərin uçotunu ayrıca göstərməklə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verir.
Qalıq vəsaitlərinin idarəetməyə verilməsindən əldə edilən gəlir vahid xəzinə hesabına köçürülür və dövlət büdcəsinin daxilolmalarında "vəsaitlərin idarə olunmasından əldə olunan gəlir" kimi uçota alınır.
Oxşar xəbərlər
"Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları" təsdiq edilib
Hesablama Palatası: Son illərdə ilk dəfə ilin sonuna idarəetmədə vəsait saxlanılmayıb
Azərbaycan I rübdə vahid xəzinə hesabının idarə edilməsindən 7 milyon manatdan çox gəlir əldə edib
Maliyyə Nazirliyi: Sərbəst büdcə vəsaitləri yalnız sistem əhəmiyyətli banklara yerləşdiriləcək
Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
