İstehsalatda zərər çəkənlərin əmək qabiliyyətinin itirilməsinin qiymətləndirilməsi qaydaları təsdiqlənib
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası təsdiqlənib.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanda peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi ilə bağlı fəaliyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həyata keçirəcək.
Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi sığortalı və ya sığortaçının nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) "Əmək və məşğulluq" altsistemi, sığorta olunanın isə "e-sosial" internet portalında olan şəxsi kabineti vasitəsilə müraciəti və ya məhkəmə qərarı ilə "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"na uyğun olaraq verilmiş göndəriş əsasında olacaq.
Agentlik MEİS-in "Əlillik" altsisteminə göndərişin daxil olduğu tarixdən 10 iş günü müddətində peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair qiymətləndirmənin aparılacağı tarix və yer barədə altsistem üzərindən sığorta olunana, sığortalı və ya sığortaçıya məlumat göndərəcək.
Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanların peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi onların unikal kodları göstərilməklə rəsmiləşdirilən və sığortalı tərəfindən kağız daşıyıcıda (elektron daşıyıcı əlavə edilməklə) Agentliyə təqdim olunan müvafiq təsdiqedici sənədlər əsasında həyata keçiriləcək. Agentlik sənədlərin təqdim olunduğu tarixdən 10 iş günü müddətində peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair qiymətləndirmənin aparılacağı tarix və yer barədə məlumatı kağız daşıyıcıda sığortalıya göndərəcək.
Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair qiymətləndirməni isə Agentliyin Tibbi-sosial ekspert komissiyası həyata keçirəcək.
Oxşar xəbərlər
İstehsalatda peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası təsdiqlənib
"PAŞA Həyat Sığorta" əmək qabiliyyətini itirmiş şəxsə sığorta ödənişi edib
Azərbaycanda “Sığorta fəaliyyəti haqqında” qanun dəyişib
DİN-in taksi sərnişinlərinin sığortasına dair məlumatları əldə etməsi qaydası müəyyənləşib
Nazirlər Kabineti icbari sığortaya dair bəzi qərarlarında dəyişiklik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
