Prezidentin xüsusi nümayəndəsi: Laçınla Kəlbəcər yenidən qurulur, yeni yaşayış məhəllələri salınır
Laçına həyat addım-addım geri qayıdır.
APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Laçın-Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol” adlı tədbirdə Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.
O bildirib ki, Laçın və Kəlbəcər yenidən qurulur, yeni yaşayış məskənləri salınır:
Məsim Məmmədovun sözlərinə görə, Qarabağ mürəkkəb və çətin ekoloji şəraitə malik strateji regionlardan biridir: “Buna görə də burada bərpa prosesi yalnız yenidənqurma ilə məhdudlaşmır, eyni zamanda, planlaşdırma, idarəetmə və ictimai iştirakçılıq sahəsində müasir yanaşmalar tələb edir. Xüsusilə dayanıqlı inkişafın təmin olunması və sakinlər üçün uzunmüddətli yaşayış şəraitinin yaradılması əsas prioritetlərdəndir. Bizim üçün yenidənqurma yalnız fiziki bərpa demək deyil. Bu, həm də dayanıqlı icmaların yaradılması, insanların təhlükəsiz və şəffaf şəraitdə doğma torpaqlarına qayıdışının təmin edilməsidir”.
Xüsusi nümayəndə diqqətə çatdırıb ki, bu gün genişmiqyaslı yenidənqurma layihələri həyata keçirilir: “Yeni yaşayış məhəllələri salınır, mühəndis infrastrukturu, yollar, xəstəxanalar, parklar və təhsil müəssisələri yenidən qurulur. Amma bəlkə də ən vacib məsələ insanların özlərinin bu prosesin mərkəzində dayanmasıdır. Regionda keçirilən beynəlxalq tədbirlər Qarabağın beynəlxalq ictimaiyyətlə yenidən əlaqələrinin güclənməsinə xidmət edir. Eyni zamanda, qlobal çağırışlar bizi yalnız yenidənqurma ilə kifayətlənməməyə çağırır. İqlim dəyişiklikləri və uzunmüddətli dayanıqlığın təmin olunmasına yönəlmiş praktik addımlar artıq inkişaf strategiyasının əsas hissəsinə çevrilib. Məhz bu baxış bu gün Qarabağda həyata keçirilir. Çünki nəticə etibarilə, münaqişədən sonrakı bərpa yalnız şəhərlərin yenidən qurulması deyil. Bu, insanların öz evlərinə qayıdışıdır. Əsas prioritetimiz ölkənin sabitliyini humanitar inkişaf məkanına çevirməkdir”.
Oxşar xəbərlər
Məsim Məmmədov: Vaxtilə işğal altında olan ərazilərdəki tarixi və mədəni irs vandalizmə məruz qalıb
Xüsusi nümayəndə: Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma layihələri davam edir
Xüsusi nümayəndə: Kəlbəcəri yüksək inkişaf etmiş regiona çevirməyi hədəfləyirik
İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur
BMT-nin rezident əlaqələndiricisi: Qarabağda aparılan bərpa işləri ləyaqətli qayıdışın nümunəsidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
