Kəlbəcərdə 5 kəndin layihələndirməsi tamamlanıb, 3-ü üzrə isə işlər davam etdirilir
Kəlbəcərin Otaqlı, Zar, Qamışlı, Zallar və Yanşaq kəndlərinin layihələndirmə işləri tamamlanaraq ekspertiza mərhələsinə təqdim olunub.
APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Laçın&Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol” adlı tədbirdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.
O bildirib ki, azad edilmiş ərazilərdə təhlükəsiz yaşayış mühitinin yaradılması və qayıdış prosesinin sürətləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Kəlbəcər şəhərinin birinci mərhələsi üzrə tikinti işləri tamamlanıb və yaşayış mənzilləri artıq istifadəyə verilib: “Eyni zamanda ikinci, üçüncü və dördüncü yaşayış məhəllələrinin layihələndirmə və ekspertiza mərhələləri davam edir. Çaykənd, Çəpli və Dəlləkli kəndləri üzrə layihələndirmə işləri isə davam edir".
Qeyd olunub ki, Kəlbəcər şəhərində 2,42 hektar və 10,1 hektar ərazini əhatə edən inzibati binaların layihələndirmə işləri davam etdirilir.
Kəlbəcərdə İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisi də planlaşdırılır. Bundan əlavə, Kəlbəcər şəhərində inşa olunan təhsil kompleksi üzrə tikinti işləri davam edir.
Oxşar xəbərlər
Bəşir Hacıyev: Kəlbəcərin beş kəndinin layihələndirməsi başa çatıb
Xüsusi nümayəndə: Kəlbəcəri yüksək inkişaf etmiş regiona çevirməyi hədəfləyirik
İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur
Prezident İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub - YENİLƏNİB
Prezidentin xüsusi nümayəndəsi: Laçınla Kəlbəcər yenidən qurulur, yeni yaşayış məhəllələri salınır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
