Pyatiqorskda YDM-də qaz tankeri partlayıb, iki nəfər xəsarət alıb
Rusiyanın Pyatiqorsk şəhərində yanacaqdoldurma məntəqəsində (YDM) qaz tankerinin yüklənməsi zamanı partlayış baş verib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti şəhər rəhbəri Dmitri Voroşilova istinadən məlumat yayıb.
"Qaz tankerinin boşaldılması zamanı partlayış və ardınca yanğın baş verib. Bütün qüvvə və vasitələr vəziyyətin həlli üçün səfərbər edilib. Mən də hadisə yerindəyəm", - o qeyd edib.
Bİldirilib ki, partlayış pilotsuz uçuş aparatlarının (PUA) hücumu ilə bağlı deyil.
Ehtimal olunur ki, partlayışın səbəbi təhlükəsizlik texnikasının pozulması olub.
Stavropol diyarı hökumətinin rəhbəri Vladimir Vladimirov öz növbəsində bildirib ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Oxşar xəbərlər
Ermənistanda yanacaqdoldurma məntəqəsində partlayış olub, yaralılar var
KİV: Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış nəticəsində dörd nəfər ölüb - YENİLƏNİB
Başqırdıstanda çoxmənzilli binada partlayış baş verib, yaralananlar var
Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış baş verib, xəsarət alanlar var
Sumqayıtda partlayış baş verib, xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
