Azərbaycan millisinin kapitanı: "Mundialdakı ən çətin rəqibi mübarizədən kənarlaşdırdıq"
Azərbaycan millisinin kapitanı Elvin Əlizadə minifutbol üzrə dünya çempionatında 1/4 finala yüksəldikləri üçün xoşbəxt olduğunu bildirib.
"Sizinxeber.az"un məlumatına görə, futbolçu bunu Rumıniya ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, qalib gəldikləri qarşılaşmanı şərh edib:
"Şükürlər olsun ki, çətin rəqibim qarşısında qələbə qazandıq. Düşünürəm ki, mundialdakı ən çətin rəqibi mübarizədən kənarlaşdırdıq. Yarışın ən çətin növbəti komandası isə Serbiyadır. Növbəti mərhələdəki rəqibimiz İngiltərə olacaq. İnanırıq ki, onlara da qalib gələrək yarımfinala adlayacağıq. İngiltərə minifutbolda yenidir. Düşünürəm ki, rəqibdən daha güclüyük".
Qeyd edək ki, yığma Rumıniya ilə əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında qələbə (2:1) qazanaraq növbəti mərhələyə adlayıb.
Oxşar xəbərlər
Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionu olmaq istəyiriksə, bütün görüşləri qalib başa vurmalıyıq"
Azərbaycan minifutbol millisinin kapitanı: “Rumıniya ilə son illərdə keçirdiyimiz oyunların hamısında qələbə qazanmışıq”
Azərbaycan millisinin kapitanı: "Qrupu lider olaraq başa vuracağımıza inanıram"
İngiltərə yığmasının kapitanı: "Milli Gimnastika Arenasında oyunlara hazırlaşmaq üçün hər cür şərait var"
Özbəkistan millisinin üzvü Çad üzərində qələbəni dəyərləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
