Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionu olmaq istəyiriksə, bütün görüşləri qalib başa vurmalıyıq"
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionu olmaq istəyiriksə, bütün görüşləri qalib başa vurmalıyıq"


Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Rumıniya üzərində qələbə qazanaraq dünya çempionatında 1/4 finala yüksəldikləri oyunu şərh edib.

“Sizinxeber.az” xəbər verir ki, mütəxəssis komandaya oyunlar zamanı dəstək olanlara təşəkkürünü bildirib.

O, futbolçuların yaxşı oyun göstərdiklərini vurğulayıb:

"Bu matça erkən final adını vermək olardı. Rumıniya həqiqətən çox yaxşı komandadır. Avropa çempionatının qaıibi olarkən də bu kollektivi məğlub etmişdik. Həqiqətən bizim üçün asan olmadı. Qarşıdakı qarşılaşmalar da çətin keçəcək. Əgər dünya çempionu olmaq istəyiriksə, bütün görüşləri qalib başa vurmalıyıq. 1-2 saat qələbənin dadını çıxardıqdan sonra, İngiltərə ilə görüşə hazırlaşacağıq".

Qeyd edək ki, yığma Rumıniya ilə əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında qələbə (2:1) qazanaraq növbəti mərhələyə adlayıb.

Oxşar xəbərlər

Azərbaycan millisinin kapitanı: "Mundialdakı ən çətin rəqibi mübarizədən kənarlaşdırdıq"
Azərbaycan millisinin baş məşqçisi: "Azarkeşlərin dəstəyi sayəsində qələbə qazandıq"
Azərbaycan minifutbol millisinin kapitanı: “Rumıniya ilə son illərdə keçirdiyimiz oyunların hamısında qələbə qazanmışıq”
Azərbaycan millisinin baş məşqçisi: "Ev sahibi olduğumuz üçün rəqiblər bizə qarşı daha məsuliyyətli hazırlaşırlar"
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında beşinci günə yekun vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər