

Azərbaycan minifutbol millisinin kapitanı: “Rumıniya ilə son illərdə keçirdiyimiz oyunların hamısında qələbə qazanmışıq”
Azərbaycan minifutbol millisinin kapitanı Elvin Əlizadə dünya çempionatının 1/8 finalında Rumıniya ilə keçirəcəkləri matçla bağlı təəssüratlarını bölüşüb.
O, “Report”a açıqlamasında son dünya çempionu olan rəqibdən geri qalmadıqlarını bildirib.
Futbolçu Rumıniya millisini yaxşı tanıdıqlarını vurğulayıb:
“Bildiyiniz kimi, Rumıniya 6 dəfə Avropa, bir dəfə dünya çempionu olub. Yaxşı, hörməti haqq edən rəqibdir. Ancaq biz də onlardan geri qalmırıq. Çünki son illərdə istər dünya, istərsə də Avropa çempionatlarında Rumıniya ilə keçirdiyimiz oyunların hamısında qələbə qazanmışıq. Ona görə də üstünlük bizdədir. Lakin unutmayaq ki, rəqib son dünya çempionudur. Rəqibi tanıyırıq, meydana qələbə üçün çıxacağıq. Komanda yaxşı hazırlaşıb. Düşünürəm ki, mərhələni keçəcəyik. Bu Rumıniya sanki əvvəlki komanda deyil. Futbolçuları nisbətən yaşlanıblar. Ola bilər ki, yaxşı hazırlıq keçməyiblər. Hər halda, kənardan belə görünür. Amma bu, planlı iş də ola bilər”.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialın qrup mərhələsini lider kimi başa vuran Azərbaycan yığması bu gün 1/8 finalda Rumıniya ilə qarşılaşacaq. Görüş saat 20:30-da start götürəcək.
Oxşar xəbərlər
Portuqaliya minifutbol yığmasının meneceri: "Azərbaycan dünya çempionatının favoritidir"
Minifutbol üzrə dünya çempionatı: Rumıniya - Fransa matçında qalib müəyyənləşməyib
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
Türkiyə minifutbol yığmasının baş məşqçisi: "Dünya çempionatının əsas favoriti Azərbaycan yığmasıdır"
Rumıniya Kubokunu qazanan Azərbaycan millisinin üzvü: "Qarşımızda son və ən çətin vəzifə qalıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
