"Arsenal"ın sabiq futbolçusu İngiltərə klubunun baş məşqçisi təyin olunub
sizinxeber.az xəbər saytı

"Arsenal"ın sabiq futbolçusu İngiltərə klubunun baş məşqçisi təyin olunub


İngiltərənin "Arsenal" komandasının sabiq futbolçusu Cek Uilşir Çempionşip təmsilçisi "Norviç"in müvəqqəti baş məşqçisi təyin olunub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi bu postda istefaya göndərilən Yohannes Torulu əvəzləyib.

Qeyd edək ki, 10 il (2008-2018) "Arsenal"ın şərəfini qoruyan Cek Uilşir ötən ildən "Norviç"in məşqçilər korpusunda yer alıb. Onun komandası Çempionşipin başa çatmasına iki tur qalmış 53 xalla 14-cü sıradadır.

Oxşar xəbərlər

İngiltərə millisinin sabiq futbolçusu Çempionşip təmsilçisinin baş məşqçisi olacaq
"Liverpul" və "Tottenhem"in sabiq futbolçusu Macarıstan klubunun baş məşqçisi təyin olunub
"Arsenal" klubunun ən yaxşı futbolçusu açıqlanıb
"Arsenal" klubunun futbolçusu zədələnərək sıradan çıxıb
"Çelsi" və "Arsenal"ın sabiq futbolçusu Premyer Liqa klubu ilə anlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər