Daha iki futbolçunun "Qarabağ"ı tərk edəcəyi dəqiqləşib
sizinxeber.az xəbər saytı

Daha iki futbolçunun "Qarabağ"ı tərk edəcəyi dəqiqləşib


"Qarabağ"da növbəti ayrılıqlar yaşanacaq.

Apasport.az saytına verilən məlumata görə, daha iki futbolçunun komandanı tərk edəcəyi dəqiqləşib.

Ağdam təmsilçisi Amin Ramazanovla vidalaşacaq.

Onun klubla müqavilə müddəti yayda başa çatacaq. Lakin tərəflər yeni sözləşmə imzalamayacaqlar.

Həmçinin "Qarabağ" Sadiq Ramazanovun gedişinə də şərait yaradacaq.

Gənc qapıçını Serbiyanın "İMT Beoqrad" klubu heyətinə qatmaq istəyir. Ağdam təmsilçisi isə bunun reallaşması üçün qolkiperlə yollarını ayıracaq.

Oxşar xəbərlər

"Sevilya" ilə anlaşan Juninyo İspaniyaya yollanır
Kadi “Qarabağ”a qayıdıb
"Mançester Yunayted" Kamavinqanı heyətinə qatmaq niyyətindədir
"Benfika" Kerem Aktürkoğlunu transfer etdiyini açıqlayıb
Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər