Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
"Juninyonun transferi Azərbaycan futbolu üçün önəmli hadisə olacaq".
Apasport.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"lə keçirilən yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Təcrübəli çalışdırıcı braziliyalı forvardın keçidi ilə bağlı bunları söyləyib: "Juninyo məsələsi konkretləşməyib. Bəlkə də gedəcəyi konkretləşib, amma klubla bağlı müəyyən nüanslar var. Çünki oyunçunun özünün də istəyi vacibdir. Əvvəl "Sevilya" ilə demək olar ki, razılıq əldə edilmişdi. Daha sonra "Flamenqo" variantı ortaya çıxdı. Belə klublardan bizə təklif gəlməsi "Qarabağ"ın böyüməsi deməkdir. İstər İspaniya, istərsə də Braziliya mətbuatı "Qarabağ"dan yazmağa başladı. Bu işdə futbolçunun özünün də istəyi önəmlidir. Hər şey yaxın günlərdə dəqiqləşəcək".
Qeyd edək ki, "Qarabağ" "Kəpəz"i 5:1 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
"Qarabağ"ın baş məşqçisi: "Juninyonun keçidi Azərbaycan futbolu üçün önəmli hadisə olacaq"
"Sevilya" ilə anlaşan Juninyo İspaniyaya yollanır
"Qarabağ"ın oyunçusu zədəyə görə Avropa Liqasında "Malmö" ilə oyuna çıxmayacaq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında püşkatmanı dəyərləndirib
"Srvena Zvezda"nın Juninyo üçün təklifi bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident İlham Əliyevin doğum günüdür












