“Arsenal”ın sabiq yarımmüdafiəçisi “Kardiff Siti”nin oynayan baş məşqçisi olub
İngiltərənin “Arsenal” və İtaliyanın “Yuventus” klublarının formasını geyinmiş Aaron Remzi Uelsin “Kardiff Siti” komandasının oynayan baş məşqçisi olacaq.
“Report” xəbər verir ki, bu barədə “Kardiff Siti” yayıb.
“Kardiff Siti” təsdiq edə bilər ki, Ömər Rizanın əsas komandanın meneceri vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilib. Aaron Remzi "Oksford Yunayted" ilə evdə bazar ertəsi keçiriləcək matçdan başlayaraq, Çempionşip mövsümünün qalan üç oyununda kluba başçılıq edəcək”, – “mavi quşlar”ın bəyanatında bildirilib.
Kris Qanter, Co Ralls, Tom Hatton, Mettyu Blokshem və Qevin Vord ona texniki zonada kömək edəcək.
Qeyd edək ki, uelsli yarımmüdafiəçi Aaron Remzi peşəkar futbola “Kardiff Siti”də başlasa da, karyerasının ən parlaq dövrü “Arsenal”da oynadığı illərə təsadüf edib. Daha sonra o, “Yuventus”a transfer olunub və 3 il bu komandanın formasını geyinib. Son iki ildə isə 34 yaşlı futbolçu doğma klubun şərəfini qoruyur.
“Kardiff Siti” Uels klubu olmasına baxmayaraq, İngiltərənin ikinci dərəcəli divizionu olan Çempionşip daxil olmaqla, İngiltərə futbol liqaları sistemində çıxış edir.
Oxşar xəbərlər
“Arsenal”ın keçmiş yarımmüdafiəçisi “Kardiff Siti”nin oynayan baş məşqçisi olub
"Mançester Siti" və "Arsenal" argentinalı futbolçu ilə maraqlanır
İngiltərə çempionatı: "Arsenal" "Mançester Siti"ni darmadağın edib
Kevin De Bruyne İngiltərə Premyer Liqası tarixinin ən yaxşı yarımmüdafiəçisi seçilib
"Mançester Siti" İlkay Gündoğanın kluba qayıtdığını açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













