Ombudsman Aparatı ilə AHİK arasında Memorandum imzalanıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında birgə əməkdaşlığa dair Memorandum imzalanıb.
Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.
Ombudsman Səbinə Əliyeva Memorandumun insan hüquq və azadlıqlarının müdafiəsi, xüsusilə əmək və sosial-iqtisadi hüquqların daha effektiv təmini və bu sahədə institusional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Müvəkkil Ombudsman təsisatı ilə həmkarlar ittifaqları arasında əməkdaşlığın insan hüquqlarının, əmək və sosial-iqtisadi hüquqların daha səmərəli müdafiəsi, pozulmuş hüquqların bərpası və hüquq mədəniyyətinin inkişafı baxımından önəm kəsb etdiyini diqqətə çatdırıb.
Səbinə Əliyeva imzalanan Memorandumun iki təsisat arasında əməkdaşlığın yeni mərhələsinin əsasını təşkil etməklə, mövcud əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə və əmək hüquqlarının müdafiəsi sahəsində müsbət təcrübələrin əldə olunmasına mühüm töhfə verəcəyini vurğulayıb.
Eyni zamanda, həmkarlar ittifaqları sistemində rəqəmsallaşma, elektron xidmətlərin genişləndirilməsi və üzvlər üçün daha əlçatan mexanizmlərin yaradılması istiqamətində görülən işlər, aparılan islahatlar, reallaşdırılan layihələr, həmçinin maarifləndirmə, gender bərabərliyinin və sağlam əmək mühitinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Qeyd edək ki, Ombudsman Aparatı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında imzalanmış Memorandum çərçivəsində əmək hüquqları üzrə maarifləndirmə tədbirlərinin keçirilməsi, hüquqi biliklərin artırılması, həssas qrupların hüquqlarının effektiv müdafiəsi, eləcə də əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Azərbaycan ilə Bəhreynin Ombudsman təsisatları arasında Anlaşma Memorandumu imzalanıb
Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
Ombudsman: Prezidentin insan hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələri fəaliyyətimizin əsas prioritet istiqamətləri olacaq
Ombudsman: İqlim dəyişikliyi ilə mübarizə bərabərsizliklərin azaldılmasına yönəlməlidir
Səbinə Əliyeva monteneqrolu həmkarı ilə əməkdaşlığı müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
