"Real"ı məğlub edən "Arsenal" tarixi rekorda imza atıb
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında İspaniyanın "Real" klubunu məğlub edən (2:1) "Arsenal" (İngiltərə) tarixi rekorda imza atıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Santyaqo Bernabeu"da ardıcıl ikinci dəfə "Real"a qalib gələn ilk komanda olub. Londonlular 2006-cı ilin fevralında, Çempionlar Liqasının 1/8 finalında Madrid komandasını 1:0 hesabı ilə məğlub etmişdilər.
Bu dəfə "Real"ı iki matçın (3:0, 2:1) nəticəsinə görə üstələyən "Arsenal" yarımfinalda PSJ ilə qarşılaşacaq. Digər yarımfinal cütünü "İnter"lə "Barselona" təşkil edib.
Qeyd edək ki, "Arsenal" tarixi ərzində heç vaxt UEFA Çempionlar Liqasının qalibi olmayıb. “Topçular” həmçinin 2009-cu ildən bəri ilk dəfə turnirin yarımfinalında çıxış edəcək.
Oxşar xəbərlər
"Arsenal" Çempionlar Liqasında tarixi rekorda imza atıb
“Arsenal” Çempionlar Liqasında son 20 ildə ən uzun məğlubiyyətsizlik seriyasına imza atıb
"Barselona" "Real Madrid"lə matçda tarixi rekorda imza atıb
"Barselona" "Real Madrid"lə matçda rekorda imza atıb
“Real Madrid” “Liverpul”a məğlub olaraq Çempionlar Liqasında antirekord imza atıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












