Azərbaycan millisinin futzalçısı: “Cari mövsümdə keçirdiyimiz ən yaxşı oyunu xalsız başa vurduq"
Təəssüf ki, cari mövsümdə keçirdiyimiz ən yaxşı oyunu xalsız başa vurduq.
“Sizinxeber.az” Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Tofiq Mkayılov AVRO-2026-nın əsas mərhələsində ötən gün baş tutan Yunanıstanla matçı dəyərləndirərkən deyib.
Təcrübəli futzalçı matça yaxşı hazırlaşdıqlarını söyləyib:
“Qələbə qazanmaq istəyirdik. Düzdür, start yaxşı alınmadı, erkən qol buraxdıq. Ancaq sonra oyuna nəzarət tamamilə komandamızda idi. Hətta görüşün statistikasına baxsaq, rəqibin qapımıza 4 zərbə endirdiyini görərik. Bu göstərici hansı üstünlüyə sahib olduğumuza işarədir. Komanda olaraq yaxşı oynadıq, təəssüf ki, kobud səhvlər buraxdıq. Rəqib, demək olar ki, hər səhvdən yararlandı. Biz isə çoxsaylı qol epizodlarını məntiqi sonluğa çatdıra bilmədik”.
O, məğlubiyyətə baxmayaraq, rəqibdən üstün oyun nümayiş etdirdiklərini bildirib:
"Razıyam, tarixdə nəticə qalır, matç başa çatdıqdan sonra azarkeş tablodakı hesaba baxır. Üç xalı da həmin qələbə sayəsində hesabına yazdırırsan. Yəni biri var pis oynayıb uduzursan, bu qanunauyğunluqdur, insanı yandırmır. Biz isə yaxşı oynadıq, hətta bu komandaya qarşı Bakıdakı duellə müqayisədə üstün oyun nümayiş etdirdik. Təəssüf ki, cari mövsümdə keçirdiyimiz ən yaxşı oyunu xalsız başa vurduq. Qarşıda iki oyunumuz var, amma pley-offa yüksəlmək şansımız qalmayıb. İndi reytinq xalları toplamaq üçün mütləq qələbə qazanmalıyıq. Heyətimizdə gənclər var, bu cür oyunlarda “bişirlər”.
Qeyd edək ki, Afinada baş tutan Yunanıstan - Azərbaycan matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Vitali Borisovun rəhbərlik etdiyi komanda pley-off şanslarını itirib.
Oxşar xəbərlər
Azərbaycan millisinin futzalçısı: “Yunanıstanla matça hər cəhətdən hazırıq”
Azərbaycanın futzal millisinin üzvü: "İsveçlə oyunda diqqətsizlikdən qollar buraxdıq"
Azərbaycan millisinin baş məşqçisi: "Yunanıstanla oyuna ancaq qələbə qazanmaq üçün çıxacağıq"
Azərbaycan millisinin baş məşqçisi: "Heç-heçəni çox pis nəticə hesab edirəm"
Azərbaycan millisinin futzalçısı: "Xorvatiya ilə matçda yaxşı nəticə qazanmaq istəyirik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
-
Kobaxidze: Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır
