Azərbaycan millisinin futzalçısı: "Xorvatiya ilə matçda yaxşı nəticə qazanmaq istəyirik"
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin futzalçısı: "Xorvatiya ilə matçda yaxşı nəticə qazanmaq istəyirik"


Rəqibin güclü olduğunu dərk edirik, ancaq biz də yaxşı nəticə qazanmaq istəyirik.

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Tofiq Mikayılov səfərdə Xorvatiyaya qarşı keçirəcəkləri Avropa çempionatının əsas mərhələsinin oyunundan əvvəl federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, qrupun favoritinə qarşı mübarizə aparacaqlarını bildirib:

“Bakıda iki gün ərzində 4 məşq keçirdik. Vaxt az olsa da, məşqçinin dediklərini yerinə yetirməyə çalışdıq. Dünən isə oyunun keçiriləcəyi arenada ilk hazırlığımızı reallaşdırdıq. Bugünkü məşqlə matça hazırlığı yekunlaşdıracağıq. Təbii ki, bu müddət ərzində daha çox taktiki planda tapşırıqları yerinə yetirdik. Qalır bunları oyunda tətbiq etmək. Rəqibimizə gəldikdə, Xorvatiya millisinin gücü hər kəsə məlumdur. Müdafiədə və hücumda kompakt oynayırlar. Texniki baxımdan da heyət üzvləri seçilir. Sonuncu dünya çempionatının final mərhələsində də iştirak ediblər. Bir sözlə, qrupumuzun favoritinə qarşı oynayacağıq".

T. Mikayılov yaxşı kollektivlərinin olduğunu vurğulayıb:

"Ölkə çempionatının oyunlarında seçilən, fərqlənən futzalçıların hamısı heyətə cəlb olub. Zədə səbəbindən 1-2 futzalçımız kənarda qalıb. Təcrübəli və gənclərin vəhdətindən formalaşıb komandamız. Rəqibin güclü olduğunu dərk edirik, ancaq biz də yaxşı nəticə qazanmaq istəyirik. Qalır oyun zamanı bu istəyimizi reallaşdırmaq. Baş məşqçi onları analiz edib, zəif və güclü tərəflərini deyəcək”.

Qeyd edək ki, yanvarın 31-də Xorvatiyanın qonağı olacaq Azərbaycan millisi fevralın 4-də Bakıda Yunanıstanı qəbul edəcək.

Oxşar xəbərlər

Azərbaycan millisinin qapıçısı: "Bizi Xorvatiyaya ağır səfər və oyun gözləyir"
Azərbaycan millisinin baş məşqçisi: "Elit-raunda vəsiqə qazanmaq istəyirik"
Azərbaycan millisinin futbolçusu: "Estoniya ilə matçda 3 xal qazanacağımıza inanıram"
Mahir Emreli: "Cüzi də olsa, C Liqasında qalmaq şansımız var"
Azərbaycan millisinin baş məşqçisi: Avropa çempionatının ilkin mərhələsinə uğur qazanmaq üçün qatılırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər