Azərbaycan millisinin baş məşqçisi: "Yunanıstanla oyuna ancaq qələbə qazanmaq üçün çıxacağıq"
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin baş məşqçisi: "Yunanıstanla oyuna ancaq qələbə qazanmaq üçün çıxacağıq"


Yunanıstanla oyuna ancaq qələbə qazanmaq üçün çıxacağıq.

"Report" xəbər verir ki, bunu Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov Avropa çempionatının əsas mərhələsində Yunanıstanla oyundan öncə Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis komandanın oyuna hazır olduğunu söyləyib:

“Afinada iki məşq keçirdik. Demək olar, oyuna hazırıq. Düzdür, futzalçılardan Kamran Hacıyev, Nihad İsmayılov və Murad Quluzadənin yüngül zədələri var. Amma oynayacaq durumdadırlar. Əsasən standart vəziyyətlər, taktiki-texniki tapşırıqlar üzərində işlədik. Çalışdıq ki, uşaqları çox yormayaq. Çünki yol da qət etmişik. Həm də “4-lük”ləri müəyyənləşdirdik. Meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq. Bu görüş tək bizim yox, rəqib üçün finala bərabər olacaq. Bizi gərgin oyun gözləyir".

Baş məşqçi Yunanıstanın Xorvatiya ilə matçını izlədiklərini də söyləyib:

"Yunanıstan millisi 4 gün əvvəl Xorvatiya ilə qarşılaşıb. Həmin oyunu izləmişik. Onlar bizə qarşı eyni oyun üslubunda çıxış etməyəcəklər. Xorvatlarla görüşdə müdafiədən oynadılar, qapıçıları da yaxşıdır. Bu dəfə pressinq edəcəklər. Yenə deyirəm, doğma meydanda oynayırlar, qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər. Məqsəd eynidir. Ümid edirəm ki, səfərdən 3 xalla dönəcəyik”.

Qeyd edək ki, bu gün Afinada "DAİS Sports Hall"da baş tutacaq Yunanıstan - Azərbaycan matçı saat 21:00-da başlayacaq.

Oxşar xəbərlər

Azərbaycanın futzal millisinin baş məşqçisi: “Yunanıstanla səfər matçında bizi ancaq qələbə qane edəcək”
Azərbaycan millisinin futzalçısı: “Yunanıstanla matça hər cəhətdən hazırıq”
"Quba"nın baş məşqçisi: "Bu gün oyuna qələbə üçün çıxacağıq"
Azərbaycan millisinin baş məşqçisi: "Hər oyuna qələbə üçün çıxırıq"
"Sərhədçi"nin baş məşqçisi: "Abşeron”la oyuna tam heyətlə çıxacağıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər