Rumıniya klubunun baş məşqçisi: "Qarabağ" güclü komandadır"
"Qarabağ" güclü komandadır.
"Report"un məlumatına görə, bunu FCSB-nin (Rumıniya) baş məşqçisi Elias Xaralambous Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis Ağdam təmsilçisinin təcrübəli komanda olduğunu vurğulayıb:
"Rəqibimiz və onun baş məşqçisi təcrübəlidir. Bizim üçün çətin olacaq. Amma komandamız yaxşı durumdadır. Çalışacağıq bunu sabah meydanda göstərək".
O, "köhlən atlar"ın fəxri prezidenti Abdolbari Gozalın vəfatı ilə bağlı danışıb:
"Qarabağ" üçün əhəmiyyətli şəxs həyatını itirib. Onu sevənlərə və klubun bütün üzvlərinə başsağlığı verirəm".
Baş məşqçi heyətdə çatışmazlıqlar olduğunu bildirib:
"Zədəli futbolçularımız var. Bu səbəbdən alternativlər fikirləşirik. Yenə də bunun bizə ciddi təsir etməyəcəyini düşünürəm".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.
Oxşar xəbərlər
"Ayaks"ın baş məşqçisi: "Qarabağ" çox güclü komandadır"
"Qarabağ"ın baş məşqçisi: "Rumıniya klubu ilə görüşdə qələbə qazanmaq istəyirik"
"Malmö"nün baş məşqçisi: "Qarabağ" güclü komandadır"
Elvin Cəfərquliyev: "Azarkeşlərimizi sevindirməyə çalışacağıq"
"Malmö"nün baş məşqçisi: "Sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçında Müstəqillik Gününə həsr olunan konsert keçirilib
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
