D-8: Azərbaycan uzaqgörən liderin rəhbərliyi altında yeni zirvələr fəth etməyə davam edir
Azərbaycan uzaqgörən liderin rəhbərliyi altında sosial-iqtisadi tərəqqi, həmçinin regional və qlobal əməkdaşlıqda yeni zirvələr fəth etməyə davam edir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının (İslam Səkkizliyi) 28 May - Müstəqillik Günü münasibətilə təbrik məktubunda deyilir.
"D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı Müstəqillik Gününün (28 may) şanlı ildönümü münasibətilə Azərbaycan Respublikasının rəhbərliyinə, hökumətinə və xalqına ən səmimi təbriklərini göndərir. Bu tarixi gün millətin sarsılmaz qətiyyətinin, suverenliyin qorunmasının və inkişafa bağlılığın parlaq xatırlatması kimi xidmət edir.
2025-ci ildə təşkilata üzv olduğu gündən Azərbaycan D-8-in institusional mexanizmlərinə və proseslərinə son dərəcə dəyərli töhfə verir. Şübhə yoxdur ki, bu töhfə qarşıdakı illərdə daha da əhəmiyyətli olacaq.
Biz qardaş Azərbaycan xalqına davamlı sülh və təhlükəsizlik, həmçinin sürətli tərəqqi və firavanlıq arzulayırıq. Həmçinin D-8-in dayanıqlı inkişaf və qarşılıqlı faydalı əməkdaşlığın irəliləməsi üçün birgə işə sadiqliyimizi təsdiq edirik", - təşkilatın sosial şəbəkə hesabında dərc olunan təbrikdə deyilir.
Oxşar xəbərlər
Pakistan, Albaniya, Litva və GUAM Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Dörd ölkənin XİN-ləri Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
AQEM: Azərbaycan nümunəvi liderlik nümayiş etdirir, regional əməkdaşlığa töhfə verir
Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər
İƏT-in Baş katibi İlham Əliyevi təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçında Müstəqillik Gününə həsr olunan konsert keçirilib
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək
