Peru Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb
sizinxeber.az xəbər saytı

Peru Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb


Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Selada Prezident İlham Əliyevə təbrik ünvanlayıb

APA xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Peru Hökuməti və xalqı adından, habelə şəxsən öz adımdan 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək Azərbaycan Respublikasının firavanlığı və tərəqqisi naminə ən səmimi arzularımı bildirir, Peru ilə Azərbaycan arasında üç onillik ərzində formalaşmış siyasi dialoqu daha da dərinləşdirmək əzmini bir daha təsdiqləyirəm. Əminəm ki, birgə səylərimiz ölkələrimizin davamlı inkişafına xidmət edərək, qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbriklərimi bir daha çatdıraraq, fürsətdən istifadə edib Zati-alinizə dərin hörmət və ehtiramımı ifadə etməkdən məmnunluğumu bildirirəm".

Oxşar xəbərlər

Peru Azərbaycan ilə siyasi dialoqu daha da dərinləşdirmək istəyir
Azərbaycan lideri Peru Respublikasının Prezidentini təbrik edib
Paraqvay Prezidenti Azərbaycan liderini təbrik edib
Uruqvay dövlət başçısı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Trinidad və Tobaqo Prezidenti Azərbaycan liderinə təbrik məktubu göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər