Elvin Cəfərquliyev: "Azarkeşlərimizi sevindirməyə çalışacağıq"
Azarkeşlərimizi sevindirməyə çalışacağıq.
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Bakıda Rumıniya təmsilçisi FCSB-yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.
24 yaşlı cinah müdafiəçisi matça yaxşı hazırlaşdıqlarını bildirib:
"Rəqibi tanıyırıq. Bəzi oyunlarını izləmişik".
E.Cəfərquliyev qarşılaşmaya hazır olduğunu vurğulayıb:
"Çox yaxşı hazırlıq keçmişik. Ümid edirəm ki, yaxşı oyun sərgiləyəcəyəm. Komandam üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.
Oxşar xəbərlər
Rumıniya klubunu "Qarabağ"la Bakıdakı oyunda 100-ə yaxın azarkeş dəstəkləyəcək
"Qarabağ"ın baş məşqçisi: "Rumıniya klubu ilə görüşdə qələbə qazanmaq istəyirik"
"Neftçi"nin futbolçusu: "FCSB üçün Bakıda "Qarabağ"la heç-heçə etmək belə çətin olacaq"
"Qarabağ"ın rəqibinin futbolçusu: "Avropa Liqasında finala vəsiqə qazana bilərik"
"Qarabağ" - FCSB görüşünün baş hakimi üç dəfə Azərbaycan komandalarının oyununu idarə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













