"Malmö"nün baş məşqçisi: "Sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq"
Sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq.
"Sizinxeber.az" xəbər verir ki, bunu İsveçin "Malmö" klubunun baş məşqçisi Henrik Ryudström "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis sabah onları maraqlı oyunun gözlədiyini bildirib:
"Qarabağ"ı analiz etmişik. Güclü komandadır. Hətta, mən deyərdim ki, sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq. Doğma meydanda rəqibləri ilə daha yaxşı oyun sərgiləyirlər. Topa çox yaxşı sahib olma bacarıqları var. Sabahkı oyunun çətin olacağını bilirik. Amma Bakıya qələbə ardınca gəlmişik".
Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Oxşar xəbərlər
"Malmö"nün futbolçusu: "Qarabağ"a uduzmaq barədə düşünmürük"
"Qarabağ"ın baş məşqçisi: "UEFA Avropa Liqasının yeni formatına tam öyrəşə bilməmişik"
Qurban Qurbanov: "Özünə məxsus oyun tərzi olan komandaya qarşı mübarizə aparacağıq"
"Qarabağ"ın braziliyalı müdafiəçisi 3 oyunda meydana çıxa bilməyəcək
UEFA Avropa Liqası: "Qarabağ"ın açıq məşqi və mətbuat konfransının vaxtı müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi












