İsrail BMT Baş Katibinin ofisi ilə əlaqələrini kəsib
İsrail BMT-nin Baş katibi Antonio Quterreşin ofisi ilə əməkdaşlığı dayandırdığını və onun strukturu ilə əlaqə saxlamayacağını bildirib.
"Sizinxeber.az" xəbər verir ki, qərar, İsrail strukturlarının münaqişə zonalarında cinsi zorakılıqla bağlı BMT hesabatına daxil edilməsi ilə əlaqələndirilir və orada onların HƏMAS qrupu ilə birlikdə siyahıya alındığı bildirilir.
İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon bildirib ki, İsrail missiyası Quterreşin səlahiyyət müddəti ərzində onun ofisi ilə bütün əlaqələri dayandıracaq. O, BMT-nin qərarını mənəvi qalmaqal adlandırıb və Baş katibin İsraili HƏMAS və digər terror təşkilatları ilə bir sıraya qoyduğunu bildirib.
Qeyd olunub ki, danışıqlar zamanı İsrail ittihamlara cavab olaraq sənədlər və izahatlar təqdim edib. Lakin, bu səylərə baxmayaraq, İsrail qurumlarının siyahıya daxil edilməsi davam etdirilib.
Oxşar xəbərlər
İsrail BMT agentliyini Qüdsdən çıxarır
İsrail Qəzzada atəşkəslə bağlı HƏMAS-dan cavab alıb
İsrail Qəzzada hərbi əməliyyatların dayandırılması şərtini açıqlayıb
İsrail Qəzza sektorunda daimi atəşkəs üçün əsas şərtini açıqlayıb
Netanyahunun ofisi: İsrail İrandakı əməliyyatını genişləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçında Müstəqillik Gününə həsr olunan konsert keçirilib
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Adolfo Urso: "SOCAR-ın IP-yə investisiyaları İtaliyanın enerji potensialını gücləndirir"
-
Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək
