Vasili Berezutski: "Qarşıdakı turlarda daha məzmunlu oyunlar göstərəcəyik"
sizinxeber.az xəbər saytı

Vasili Berezutski: "Qarşıdakı turlarda daha məzmunlu oyunlar göstərəcəyik"


Qarşıdakı turlarda daha məzmunlu oyunlar göstərəcəyik.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının XV turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, komandanın baş məşqçisi kimi ilk matçında qələbə qazandığı üçün sevincli olduğunu söyləyib:

"Bu gün matçımız çətin keçdi. Birinci yarıda daha yaxşı oyun sərgilədik. İkinci qolu vurmağa çalışsaq da, alınmadı. Qarşıdakı turlarda daha məzmunlu oyunlar göstərəcəyik. Komandada rotasiyalar olacaq".

Rusiyalı mütəxəssis yeni təyinatı ilə bağlı danışarkən komandanın qarşısına qoyulan əsas hədəfin avrokuboklara vəsiqə qazanmaq olduğunu bildirib:

"Sabah" rəhbərliyindən təklif ani oldu. Düşünmək üçün uzun-uzadı vaxta ehtiyac olmadı. Belə bir təklifə "yox" demək istəmədim. Bu komandanın baş məşqçisi olmaq mənə çox xoşdur. Düşünürəm ki, Azərbaycan futbolu inkişaf yolundadır. Hər birimiz bu istiqamətdə irəli addımlamalıyıq".

Qeyd edək ki, XV turun görüşündə "Sabah" "Bank Respublika Arena"da "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

Vasili Berezutski "Sabah"ın baş məşqçisi kimi ilk oyununda qələbə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vasili Berezutski “Sabah”ın baş məşqçisi təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Makkabi"nin baş məşqçisi: "Sabah" çox yaxşı komandadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: "Malmö" ilə oyunda xeyli sayda qol epizodlarımız oldu" [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Sabah"ın idman direktoru: "Bazel"ə qarşı oyunlar komandamız üçün böyük təcrübə oldu" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər