UEFA Azərbaycan millisinin rəqibini cərimələyib
sizinxeber.az xəbər saytı

UEFA Azərbaycan millisinin rəqibini cərimələyib


UEFA Azərbaycan yığmasının Milllətlər Liqasındakı rəqibini cərimələyib.

"Report"un məlumatına görə, Estoniya Futbol Assosiyasına 10000 avroluq cərimə tətbiq edilib.

Buna komandanın IV turda İsveçə evdə uduzduqları (0:3) matçda azarkeşlərin irqçiliyə yol verməsi səbəb olub.

Bundan əlavə, assosiasiyaya 1 illik sınaq müddəti də verilib. Bu hal yenidən təkrarlansa, millinin matçında tribunalar qismən bağlanacaq.

Qeyd edək ki, Estoniya V turda Azərbaycan millisinin qonağı olacaq. Noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.

Oxşar xəbərlər

UEFA Millətlər Liqası: Azərbaycan - Estoniya matçı Qəbələdə keçiriləcək
Estoniya millisinin üç futbolçusu Azərbaycanla oyunda iştirak etməyəcək
Avropa futbol qurumu millinin oyununda yaşananlara görə AFFA-nı cərimələyib
UEFA "Qarabağ"ın rəqibini cərimələyib
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Estoniya ilə üz-üzə gələcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər