Qətər nümayəndə heyəti ABŞ ilə razılaşma üzrə danışıqları yekunlaşdırmaq üçün İrandadır
Qətər nümayəndə heyəti ABŞ və İran arasındakı münaqişəyə son qoyacaq sülh razılaşması üzrə danışıqları yekunlaşdırmaq üçün Tehrana gedib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, ABŞ və Pakistan liderləri müharibənin başa çatdırılması haqqında çərçivə sazişinin artıq iyunun 14-də imzalanacağını proqnozlaşdırırlar.
İran rəsmisi agentliyə bildirib ki, ABŞ ilə qarşılıqlı anlaşma memorandumunun yekun layihəsi Tehranın nüvə proqramından tutmuş Hörmüz boğazının açılmasına və ABŞ tərəfindən neft sanksiyalarının ləğvinə qədər geniş spektrli məsələləri əhatə edir. Yekun razılaşma memorandum layihəsinin hər iki tərəfdən imzalanmasından sonra 60 gün ərzində müzakirə olunacaq.
Mənbənin məlumatına görə, memoranduma aşağıdakı məsələlər daxil ediləcək:
- Hörmüz boğazının bütün kommersiya gəmiləri üçün dərhal açılması və ABŞ tərəfindən İran limanlarının dəniz mühasirəsinin götürülməsi;
- ABŞ yekun saziş bağlanana qədər İrana qarşı heç bir yeni sanksiya tətbiq etməməyə və neft sanksiyalarını müəyyən müddətə ləğv etməyə razılaşır ki, bu da Tehrana neft satmağa və mənfəət əldə etməyə imkan verəcək;
- ABŞ İranın 25 milyard dollar məbləğində dondurulmuş aktivlərini, o cümlədən birbaşa pul köçürmələri, region ölkələri arasında əməkdaşlıq və maliyyə kreditlərinin verilməsi vasitəsilə blokdan çıxarmağa razılaşır;
- Tehran nüvə silahı istehsal etməyəcəyinə və ya əldə etməyəcəyinə, yekun saziş bağlanana qədər "nüvə status-kvosu"nu qoruyub saxlamağa, o cümlədən uranı zənginləşdirməməyə və nüvə obyektlərini genişləndirməməyə öhdəlik götürür;
- ABŞ Tehranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını İran ərazisində azaltmağı ilə razılaşır.
Qətərin "Al Araby" telekanalı mənbəyə istinadən qeyd edir ki, nümayəndə heyətinin İrana səfəri fikir ayrılıqlarını aradan qaldırmağa yönəlib. Həmçinin telekanalın məlumatına görə, memorandumun onlayn imzalanmasında ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf iştirak edəcəklər.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, tərəflər şərtləri razılaşdırdıqları üçün İranla ABŞ arasında saziş bu il iyunun 14-də imzalanacaq.
Bununla belə, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai memorandumun iyunun 14-də imzalanmayacağını bildirib. Eyni zamanda o, sənədin yaxın günlərdə imzalanması ehtimalını da istisna etməyib.
Oxşar xəbərlər
İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib
Qətər nümayəndə heyəti Tehrandadır
"Bloomberg": ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı razılaşmanı rəsmiləşdirməyə yaxındır
ABŞ və İran nələri razılaşdırıb? - Detallar
Əraqçi: ABŞ ilə memorandumun pozulması yekun razılaşmanın iflasına səbəb olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
-
Şotlandiya millisinin baş məşqçisi Klark: "Hər kəs bildirirdi ki, mütləq qələbə qazanmalıyıq"
-
Cənubi Koreyada "Miron" helikopterlərinin istismarı dayandırılıb
-
BFMTV: İyunun 17-də Versal sarayında Trampın şərəfinə rəsmi qəbul veriləcək
