Milli Qurtuluş Günü Azərbaycan üçün yeni inkişaf mərhələsinin əsasını qoyub – RƏY
sizinxeber.az xəbər saytı

Milli Qurtuluş Günü Azərbaycan üçün yeni inkişaf mərhələsinin əsasını qoyub – RƏY


15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunması ilə bağlı olan Azərbaycanın dövlətçiliyi tarixində ən mühüm və əlamətdar günlərdən biridir.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O vurğulayıb ki, hələ 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə ciddi siyasi, iqtisadi və hərbi çətinliklərlə üzləşib:

"Dövlət idarəçiliyində yaranmış böhran, hakimiyyət uğrunda mübarizə, iqtisadi tənəzzül və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ölkədə vəziyyəti daha da ağırlaşdırıb. Xüsusilə 1993-cü ilin iyun ayında baş verən hadisələr Azərbaycanı vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoyub. 1991-1993-cü illər ərzində dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan bütün amillər yaşanıb. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran yaşayırdı. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı".

Deputat qeyd edib ki, belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin simasında görürdü:

"Bu mürəkkəb və gərgin şəraitdə xalqın təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan olmuş Heydər Əliyev Bakıya dəvət edildi. Onun siyasi təcrübəsi, dövlətçilik baxışı və qətiyyətli fəaliyyəti ölkədə yaranmış böhranın aradan qaldırılması üçün mühüm rol oynadı. 1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin tarixdən etibarən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başlayıb. Qısa zamanda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə vətəndaş qarşıdurmasının qarşısı alınaraq ictimai asayiş təmin edildi, dövlət institutlarının fəaliyyəti gücləndirildi. Azərbaycanın beynəlxalq nüfuzu yüksələrək, xarici siyasətdə balanslı və milli maraqlara əsaslanan xətt formalaşdırıldı".

P. Vəliyeva bildirib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas olub, sürətli inkişafın sarsılmaz təməlləri qoyulub.

"1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Sonrakı illərdə ölkədə siyasi sabitlik bərqərar olunmaqla iqtisadi islahatlar həyata keçirildi və bazar iqtisadiyyatına keçid sürətləndirildi. 1994-cü ildə imzalanan "Əsrin Müqaviləsi" Azərbaycanın iqtisadi inkişafında mühüm dönüş yaratdı ki, bu da ölkənin dünya iqtisadi sisteminə inteqrasiyasını gücləndirdi. Dövlət quruculuğu prosesi sürətləndi, demokratik institutların formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Nəhayət, Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilməklə beynəlxalq təşkilatlarda öz mövqeyini möhkəmləndirməyə nail oldu", - deputat bildirib.

Oxşar xəbərlər

Azərbaycanda Milli Qurtuluş Günüdür
Milli Qurtuluş Günü Azərbaycanın xilası və inkişaf yolunun başlanğıcıdır - RƏY
Azərbaycanın bugünkü inkişafının, beynəlxalq nüfuzunun təməlində Heydər Əliyev siyasi kursu dayanır - RƏY
Rektor Anar Eminov: "Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir"
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər