Bəqai: İranla ABŞ arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb
sizinxeber.az xəbər saytı

Bəqai: İranla ABŞ arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb


İranla ABŞ arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb.

Sizinxeber.az-nın Tehran bürosu xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dövlət televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, danışıqların gedişi İran üçün əvvəldən aydın olub və yekun mətnin böyük hissəsi razılaşdırılıb. Lakin sonradan ABŞ tərəfi öz mövqeyində dəyişiklik edib.

Bəqai vurğulayıb ki, İran müəyyən etdiyi qırmızı xətlər məsələsində heç bir güzəştə getməyib və razılaşma ilə bağlı yayılan məlumatlar hazırda yalnız ehtimal xarakteri daşıyır.

“Bu məsələ ilə bağlı hələ heç nə yekunlaşmayıb”, - deyə o bildirib.

XİN sözçüsü əlavə edib ki, ABŞ-ın qanunsuz addımları səbəbindən Hörmüz boğazı hələ də bağlı qalır və təhlükəsiz hərəkət təmin edilmədiyi üçün gəmilər ehtiyatlı olmalıdır.

Bəqai həmçinin qeyd edib ki, Qətər və Pakistan tərəflər arasında vasitəçilik missiyasında fəal iştirak edir.

Xatırladaq ki, “Tasnim” agentliyi məlumatlı mənbəyə istinadən bildirmişdi ki, ABŞ-ın 14 maddədən ibarət razılaşma mətninə dəyişiklik etdirmək cəhdləri nəticə verməyib. Agentliyin məlumatına görə, Vaşinqton sonradan Qətər vasitəsilə əlavə düzəlişlərə ehtiyac olmadığını Tehrana çatdırıb.

Bununla belə, sözügedən mətn hələ də İranın aidiyyəti qurumlarında nəzərdən keçirilir və yekun qərar verilməyib.

Oxşar xəbərlər

İran XİN: Anlaşma memorandumunun yekunlaşdırılması mərhələsindəyik
İran XİN: Qətər heyəti Tehranda danışıqlar aparıb - YENİLƏNİB
Bəqai: İran və ABŞ arasında yekun razılıq əldə olunmayıb
İran XİN: ABŞ-la nüvə danışıqlarının keçirilməsi barədə hələ qərar verilməyib
İran XİN ABŞ-la danışıqların altıncı raundu ilə bağlı qərarın hələ verilmədiyini bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər