Robert Levandovski "Top-5" liqalarının bombardirləri siyahısında üçüncü yerə yüksəlib
İspaniyanın "Barselona" klubunun və Polşa yığmasının hücumçusu Robert Levandovski Avropanın "Top-5" liqaları tarixində ən yaxşı bombardirlər siyahısında üçüncü sıraya yüksəlib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu bunu La Liqanın X turunda evdə "Sevilya" komandasını 5:1 hesabı ilə məğlub etdikləri matçda reallaşdırıb.
Polşalı ön xətt oyunçusu bu görüşdə iki qolun müəllifi olub.
Qeyd edək ki, R.Levandovskinin hesabında hazırda 366 qol var. Bu göstəricidə keçmiş almaniyalı futbolçu Herd Mülleri qabaqlayan hücumçu yalnız "Barselona" (İspaniya) və PSJ-də (Fransa) 496 qol vuran Lionel Messidən, həmçinin "Mançester Yunayted" (İngiltərə), "Real" (İspaniya) və "Yuventus"da (İtaliya) 495 qol vuran Kriştianu Ronaldudan geri qalır.
Oxşar xəbərlər
Messi millidə ən çox qol vuran futbolçuların siyahısında ikinci pilləyə yüksəlib
Robert Levandovskinin "Barselona" ilə müqaviləsinin müddəti bir şərtlə uzadılacaq
"Barselona"nın ən çox qazanan futbolçusu müəyyənləşib
"Barselona"nın futbolçusu Messinin nailiyyətini təkrarlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
