"Barselona"nın ən çox qazanan futbolçusu müəyyənləşib
sizinxeber.az xəbər saytı

"Barselona"nın ən çox qazanan futbolçusu müəyyənləşib


"Barselona" klubunun ən çox qazanan futbolçusu müəyyənləşib.

"Report"un AS nəşrinə istinadən məlumatına görə, bu ünvanı komandanın hücumçusu Robert Levandovski ələ keçirib.

36 yaşlı polşalı futbolçu mövsüm ərzində 32 milyon avro qazanır. Daha əvvəl isə ən çox qazanan futbolçu Frenki De Yonq idi.

Qeyd edək ki, R.Levandovski cari mövsüm bütün turnirlərdə 9 matçda iştirak edib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 15 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

"Mançester Siti" "Liverpul"un futbolçusu üçün 70 milyon avro ödəməyə hazırdır
"Barselona" İngiltərə klubunun 20 yaşlı futbolçusunu transfer edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər