Azərbaycanın U-21 millisinin iki oyun üçün heyəti müəyyənləşib
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya və İngiltərə yığmalarına qarşı keçiriləcək səfər oyunlarının heyəti müəyyənləşib.
"Report" xəbər verir ki, oktyabrın 7-də təlim-məşq toplanışına yığışacaq U-21 oktyabrın 12-də, Bakı vaxtı ilə saat 18:00-da Belfastda Şimali İrlandiya, oktyabrın 15-də, saat 22:30-da isə Bristolda İngiltərə seçməsi ilə qarşılaşacaq.
F qrupunda yer alan komandamız oktyabrın 8-də Şimali İrlandiyaya yola düşəcək.
U-21-ə dəvət edilən futbolçuların siyahısı:
| S. | Ad/Soyad | Klub |
| 1 | Rəvan Kazımov | Neftçi |
| 2 | Xəyal Fərzullayev | Sumqayıt |
| 3 | Rüstəm Samiqullin | Neftçi |
| 4 | Süleyman Damadayev | Qəbələ |
| 5 | Seymur Məmmədov | Sabah |
| 6 | Emin Rüstəmov | Səbail |
| 7 | Cəlal Hüseynov | Arda Kardzali (Bolqarıstan) |
| 8 | Eşqin Əhmədov | Qəbələ |
| 9 | Abdulla Rzayev | Sabah |
| 10 | Rüfət Əhmədov | Turan Tovuz |
| 11 | Rüfət Abbasov | Şamaxı |
| 12 | Mahir Həsənov | Kəpəz |
| 13 | Qurban Səfərov | Şamaxı |
| 14 | Mirəli Əhmədov | MOİK |
| 15 | Rauf Rüstəmli | Şamaxı |
| 16 | Emil Səfərov | Neftçi |
| 17 | Xəyal Əliyev | Sabah |
| 18 | Murad Vəliyev | Nomme United (Estoniya) |
| 19 | Fərid Yusifli | Turan Tovuz |
| 20 | Şahin Şahniyarov | Qəbələ |
| 21 | Zeynəddin Abdurahmanov | Cəbrayıl |
| 22 | Samir Məhərrəmli | Cəbrayıl |
| 23 | Nəriman Axundzadə | Qarabağ |
| 24 | Samir Abdullayev | Səbail |
| 25 | Ağadadaş Salyanskiy | Neftçi |
Oxşar xəbərlər
Azərbaycanın U-21 millisinin heyəti açıqlanıb
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşib
Şimali İrlandiya - Azərbaycan matçının keçiriləcəyi stadion açıqlanıb
Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələ oyunları üçün heyəti AÇIQLANDI
Azərbaycanın U-18 millisi Qəbələdə toplanış keçəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













