Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşib
Çimərlik futbolu üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, A qrupunda yer alan yığma oktyabrın 4-dən 15-dək İspaniyanın Kadis şəhərində İspaniya, İngiltərə və Gürcüstan kollektivləri ilə üz-üzə gələcək.
Sahib Məmmədovun baş məşqçisi olduğu komanda oktyabrın 4-də İngiltərə, bir gün sonra Gürcüstan milliləri ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 14:45-də start götürəcək. Yığma oktyabrın 7-də, saat 20:00-da yerli komanda ilə görüşəcək.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.
Oxşar xəbərlər
Çimərlik futbolu üzrə Azarbaycan millisi Türkiyədə təlim-məşq toplanışında olacaq
Çimərlik futbolu üzrə Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışında olacaq
Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib
Azərbaycan yığmasının baş məşqçisi: Dünya çempionatının seçmə mərhələsində qrupdan çıxacağımızı düşünürəm
Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
