sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
“Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu vurub
“Sabah” klubu Azərbaycan çempionatlarında 250-ci qolu vurub.
"Sizinxeber.az" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının VII turuna təsadüf edib.
Bakı derbisində “Səbail”lə görüşən “Sabah” səfərdə 4:2 hesablı qələbə qazanıb. Matçdakı sonuncu qol qonaqlar üçün yubiley xarakteri daşıyıb. Bu topa Pavol Şafranko penaltidən imza atıb.
Qeyd edək ki, “Sabah” komandası 250-ci qolu 183-cü oyunda vurub. Paytaxt təmsilçisinin ilk qolunu 2018-ci il avqustun 12-də Marko Deviç vurub. O, “Keşlə” ilə səfər qarşılaşmasında penalti ilə qələbə topuna imza atıb – 1:0.
Oxşar xəbərlər
Almaniyalı futbolçu Azərbaycan çempionatlarında 30-cu qolunu vurub
“Qəbələ” klubu tarixində 900-cü qolu vurub
"Qarabağ"ın futbolçusu Azərbaycan Premyer Liqasında 50-ci qolunu vurub
Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb
Naxçıvan klubu Azərbaycan çempionatlarında yubiley qələbəsini qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













