Zinəddin Zidan karyerasının ən yaxşı qolunu açıqlayıb
Fransa yığmasınnın sabiq futbolçusu Zinəddin Zidan karyerasının ən yaxşı qolunu açıqlayıb.
"Report" "RMC Sport"a istinadən xəbər verir ki, dünya çempionu 2002-ci ildə Çempionlar Liqasının finalında İspaniyanın "Real" klubunun heyətində Almaniya təmsilçisi "Bayer 04"ə vurduğu qolu karyerasının ən yaxşısı adlandırıb.
“Düşünürəm ki, ən gözəl və vacib qolu "Bayer 04" ilə matçda vurdum. Bu kubok məndə yox idi. Kuboku qazanmaq üçün bizə bu qol lazım idi”, - deyə keçmiş yarımmüadfiəçi bildirib.
Qeyd edək ki, 2002-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilən qarşılaşma Madrid klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Məhz Zinəddin Zidanın vurduğu qol komandasına qələbə qazandırıb.
Oxşar xəbərlər
Dünya çempionu karyerasının ən pis məşqçisinin adını açıqlayıb
Zidan dil probleminə görə "Mançester Yunayted"də işləmək istəməyib
Ronaldu tarixin ən yaxşı klubunun adını açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
