Zidan dil probleminə görə "Mançester Yunayted"də işləmək istəməyib
Fransalı baş məşqçi Zinəddin Zidan dil probleminə görə İngiltərənin "Mançester Yunayted" komandasına rəhbərlik etmək istəməyib.
"Report"un məlumatına görə, təcrübəli mütəxəssis bu barədə "Lequipe" nəşrinə açıqlama verib.
Zidan ingilis dilini başa düşdüyünü, lakin kollektivi effektli idarə edəcək səviyyədə bilmədiyini söyləyib:
"Mançester Yunayted"də işləmək istərdim. Mən ingilis dilini mükəmməl bilmirəm. Klubda xarici dil bilmədən gələn məşqlər var, amma mən başqa cür işləyirəm. Qlobal kontekstdə qələbə bir çox detallardan ibarətdir".
Daha əvvəl mütəxəssisin "qırmızı-şeytanlar"dakı vəziyyəti diqqətlə izlədiyi yazılıb.
Qeyd edək ki, Zinəddin Zidan 2021-ci ilin yayından, hazırkı İspaniya çempionu "Real"dan ayrıldıqdan sonra işsizdir. O, 2016-2018 və 2019-2021-ci illər aralığında Madrid komandasına rəhbərlik edib.
Oxşar xəbərlər
"Mançester Yunayted" kapitanı ilə müqavilə müddətini artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
