"Qarabağ"ın oyununa təyinat alan hakim Ağdam klubunun matçında zədələnib
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin Xorvatiyada keçiriləcək "Dinamo" - "Qarabağ" matçını idarə edəcək isveçli Qlenn Nyuberq daha əvvəl də Azərbaycan çempionunun oyununa təyinat alıb.
"Report"un məlumatına görə, 35 yaşlı referi 2021/2022 mövsümündə Konfrans Liqasının III təsnifat mərhələsində "köhlən atlar"ın səfərdə Kiprin AEL komandasına qarşı ilk görüşündə iş başında olub.
O, sözügedən qarşılaşmada bəxtsizliklə üzləşib. Qlenn Nyuberq heç-heçə yekunlaşan (1:1) oyunun 80-ci dəqiqəsində zədələnib və matçı davam etdirə bilməyib. Onu həmyerlisi Boyan Panciç əvəzləyib.
FIFA referisi bu il Almaniyada təşkil olunan Avropa çempionatının üç oyununu da idarə edib. AVRO-2024-də Rumıniya - Ukrayna (3:0), Albaniya - İspaniya (0:1) və Fransa - Belçika (1:0) qarşılaşmaları ona həvalə edilib.
Qeyd edək ki, avqustun 20-də "Maksimir" stadionunda reallaşacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu avqustun 28-də gerçəkləşəcək.
Oxşar xəbərlər
Azərbaycanın FIFA referisi Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa təyinat alıb - EKSKLÜZİV
Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib
UEFA-dan azərbaycanlı hakimə Konfrans Liqası oyununa TƏYİNAT
Azərbaycanın FIFA referisi Avropa Liqasının oyununa təyinat alıb
Azərbaycanlı FIFA referisi UEFA Konfrans Liqasının oyununa təyinat alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













