ÜST-ün regional direktoru: Səhiyyə sistemlərinin səmərəliliyinin artırılması üçün üzv ölkələrə dəstək göstərilir
Biz üzv dövlətlərə səhiyyə risklərinin azaldılması, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi və səhiyyə sistemlərinin bütün səviyyələrdə daha səmərəli işləməsi üçün dəstək göstəririk.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi regionu üzrə regional direktoru Hanan Balkhi Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Dünya getdikcə daha sıx əlaqələnir, səyahətlər artır, müxtəlif icmalar arasında inteqrasiya güclənir və böyük qlobal tədbirlər keçirilir. Bu isə həmişə müəyyən risk yaradır - hər hansı bir patogenin, istər bakteriya, istər virus olsun, yayılma ehtimalı var. Bunun qarşısını almağın ən sadə yollarından biri isə ətraf mühitin, xüsusilə də tullantı sularının monitorinqidir. Bu, texniki baxımdan nisbətən ucuz və sadə üsuldur və icmalarda nələrin yayıldığını anlamağa imkan verir. Bu gün müzakirə etdiyimiz və mənim də vurğuladığım əsas məqamlardan biri odur ki, biz ÜST, UNICEF, GAVI və digər tərəfdaşlarla, o cümlədən İslam İnkişaf Bankı, Qlobal Fond, Avropa İnvestisiya Bankı və Dünya Bankı ilə əməkdaşlıq edərək infeksiyaların qarşısının alınmasında mühüm nəticələr əldə etmişik", - o qeyd edib.
Onun sözlərinə görə, bunun konkret nümunəsi 2024–2025-ci illərdə Qəzzada poliomielitin ortaya çıxmasıdır: "Orada infrastrukturun ciddi şəkildə dağılması, kanalizasiya və su sistemlərinin zədələnməsi, əhalinin dəfələrlə köç etməsi və rutin immunizasiyanın dayanması patogenlərin yayılması üçün ideal şərait yaratmışdı. Mövcud olan güclü tullantı suyu monitorinq sistemi sayəsində biz poliovirusun yayılmasını vaxtında aşkar etdik. Bu çox vacib idi, çünki bu siqnal bizə sürətli və güclü cavab tədbirləri görməyə imkan verdi. Nəticədə xəstəliyin daha geniş əraziyə yayılmasının qarşısı alındı və biz təxminən 600 min uşağı üç mərhələdə peyvənd etdik. Bu, iflic yaradan bu xəstəliyin yenidən geniş yayılmasının qarşısını almaqda çox mühüm rol oynadı".
Regional Direktor əlavə edib ki, ÜST-nın İslam İnkişaf Bankı ilə əməkdaşlığı daha dərin və strateji xarakter daşıyır:
"ÜST ilə İslam İnkişaf Bankı arasındakı münasibətlər sadəcə maliyyələşmə əlaqəsi deyil, daha dərin və strateji tərəfdaşlıqdır. İslam İnkişaf Bankı poliomielitin aradan qaldırılması və bəzi ölkələrdə vaksinlə bağlı poliomielit hallarının qarşısının alınmasında ÜST-nin əsas tərəfdaşlarından biridir. Bank həmçinin səhiyyə təşəbbüsləri və Health Impact Platform çərçivəsində ilkin səhiyyə xidmətlərinin gücləndirilməsində mühüm rol oynayır".
O həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanla əməkdaşlıq məsələsi haqqında da danışıb:
"ÜST-nin 150-dən çox ölkədə nümayəndəliyi var. Azərbaycan Avropa regionuna daxildir və bu region üzrə əməkdaşlıq Regional Direktor tərəfindən koordinasiya olunur. Hazırda da çoxsaylı əməkdaşlıq layihələri həyata keçirilir.
Biz üzv dövlətlərə səhiyyə risklərinin azaldılması, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi və səhiyyə sistemlərinin bütün səviyyələrdə daha səmərəli işləməsi üçün dəstək göstəririk. Hər bir üzv dövlət kimi Azərbaycan da bizim üçün vacibdir".
Oxşar xəbərlər
Əli Əsədov ÜST-ün Avropa üzrə regional direktoru ilə görüşüb
Səhiyyə Nazirliyi: Gələn il bütün tibbi qeydiyyat sənədləri elektronlaşdırılacaq
Kamran Musayev: Azərbaycanda 60-a yaxın ürək mərkəzi fəaliyyətdədir
Şuşa və Ağdam məscidlərində ilk dəfə qanvermə aksiyası keçirilir - FOTO
Xüsusi nümayəndə: ÜST Azərbaycanla münasibətlərinə böyük dəyər verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
-
Neft Emalı Zavodunda yanğın başlayıb
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
