AFFA rəsmisi: "Sabah"ın UEFA Konfrans Liqasında azarkeşləri sevindirəcəyinə inanıram"
“Sabah” UEFA Konfrans Liqasında uğurlu nəticələr əldə etməklə azarkeşləri sevindirəcək.
Bunu “Sizinxeber.az”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
O, heç bir rəqibə yuxarıdan-aşağı baxmamağı məsləhət görüb:
“Əslində, “Sele” komandasını da keçəcəyimizə inanırdıq. “Sabah”ın bunun üçün potensialı var idi. Vurulan qollara baxsaq, görərik ki, baş məşqçinin nöqsanları aradan qaldırması üçün vaxta ehtiyacı var. Növbəti rəqib “Petrokub”la duellərdə isə üstün oyun göstərməklə müsbət nəticə əldə etmək mümkündür. Bir şeyi başa düşməliyik, hansısa rəqibə yuxarıdan-aşağı baxmamalıyıq. Həmçinin kiminsə bizə bu şəkildə yanaşmasına imkan verməməliyik. “Sabah”ın oyunu göstərdi ki, heç bir rəqibdən çəkinmək lazım deyil. Həmçinin rəqibə hörmətlə yanaşmaq çox vacibdir. "Petrokub"la matçlara çox cidi yanaşmaq lazımdır”.
Azərbaycan millisinin sabiq baş məşqçisi "Sele" ilə hər iki oyunda "Sabah"ın özünü yaxşı tərəfdən göstərdiyini vurğulayıb:
“İlk matç göstərdi ki, cavab görüşü gərgin keçəcək. İlk oyunda son dəqiqələrdə buraxılan top ümumi nəticəyə təsir etdi. Buna baxmayaraq, düşünürəm ki, “Sabah” hər iki oyunda özünü yaxşı tərəfdən göstərdi. İnanıram ki, komanda UEFA Konfrans Liqasında uğurlu nəticələr əldə etməklə azarkeşləri sevindirəcək”.
Qeyd edək ki, paytaxt klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sele”yə (Sloveniya) iki oyunun nəticəsinə görə məğlub olub - 2:3, 3:3.
Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın “Petrokub” komandası ilə üz-üzə gələcək. Bakı klubu ilk oyunu səfərdə keçirəcək.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin matçları iyulun 24-ü və 31-də baş tutacaq.
Oxşar xəbərlər
"Sabah"ın UEFA Konfrans Liqasındakı rəqibi müəyyənləşib
AFFA rəsmisi: Komandalarımız heç kimdən zəif deyil
Mahmud Qurbanov: “Sabah”ın Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanmaq şansı var”
UEFA Avropa Liqası: "Sabah" - "Sele" matçına start verilib
Azərbaycan millisinin sabiq məşqçisi: "Sabah”ın müdafiə xəttində problemlər ola bilər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












