Merts: Növbəti illər üçün Aİ-nin büdcəsi azaldılmalıdır
sizinxeber.az xəbər saytı

Merts: Növbəti illər üçün Aİ-nin büdcəsi azaldılmalıdır


Avropa Komissiyasının təqdim etdiyi Avropa İttifaqının (Aİ) 2028–2034-cü illər üzrə çoxillik büdcə layihəsi (MFF) həddindən artıq böyükdür və yenidən nəzərdən keçirilməlidir. Berlin isə Aİ-nin ümumi borcunun daha da artırılmasına qarşı çıxır.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

O həmçinin vurğulayıb ki, Berlin Aİ-nin ümumi borcunun daha da artırılmasına qarşı çıxış edir.

"Masanın üzərindəki təklif əhəmiyyətli dərəcədə şişirdilib. Rəqəmlər azaldılmalıdır", - Merts MFF-in müzakirə edildiyi Aİ liderləri sammitinin ikinci gününün başlamasından əvvəl bildirib.

Onun sözlərinə görə, yeni çoxillik maliyyə planının razılaşdırılması Aİ-nin büdcə siyasətinin proqnozlaşdırıla bilməsini təmin etməlidir.

Merts müzakirələrin yalnız xərclər deyil, həm də büdcənin gəlir hissəsi üzərində cəmləşməli olduğunu qeyd edərək, Aİ-nin yalnız sərəncamında olan vəsaitləri xərcləyə biləcəyini vurğulayıb.

Kansler Aİ səviyyəsində yeni birgə borclanmaya qarşı Almaniyanın mövqeyini bir daha diqqətə çatdırıb.

"Mən Aİ-nin borcunun daha da artırılması yolu ilə getməmək barədə xahişimi bir daha təkrar edirəm. Biz bunu etməməliyik", - o bildirib.

Kanslerin sözlərinə görə, büdcə ilə bağlı hazırkı təklif yenidən işlənməlidir, bundan sonra üzv dövlətlər gəlir və xərclərin strukturunu müzakirə etməlidirlər. O, 2026-cı ilin ikinci yarısında ölkələrin ümumi razılığa gələ biləcəklərinə ümid etdiyini bildirib.

Oxşar xəbərlər

Almaniya və Fransa Aİ-nin gələcək büdcəsinə dair əks mövqe tuturlar
Merts "Avropa Siyasi Birliyi"nin İrəvanda keçiriləcək sammitində iştirak etməyəcək
KİV: Merts Almaniya kansleri seçkilərində ikinci tur səsverməsindən imtina edəcək
Merts: Avropa İttifaqı Yaxın Şərqdəki münaqişənin həllinə dəstək verməyə hazırdır
Merts: Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər