"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Azərbaycan Kubokunu qazansaq, tarixi nəticə olacaq"
Misli Premyer Liqasının qalibi olan "Sabah" komandası Azərbaycan Kubokunda da çempionluq sevinci yaşasa, bu, fantastik və tarixi nəticə olacaq.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibəsində bildirib.
Mütəxəssis "Zirə"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu haqqında fikirlərini bölüşüb:
"Bizim üçün Misli Premyer Liqasının qalibi olmaq böyük mükafat idi. Ancaq başqa bir titul da var. Azərbaycan Kubokunu da qazanmağa çalışacağıq. Bunu etsək, bizim üçün fantastik, tarixi nəticə olacaq. Hər kəs bu tarixin, uğurun bir parçası olmaq istəyir. Bu matçlarda xırda detallar qalibi müəyyən edir".
V.Dambrauskasun sözlərinə görə, "Zirə" çox yaxşı komandadır:
"Heç vaxt təslim olmurlar. Onlar bizi təəccübləndirə bilərlər. Amma elə dönəmdəyik ki, buna yer yoxdur. Çünki rəqibi çox yaxşı tanıyırıq. Onların nələr edə biləcəyini bilirik. Lakin final matçında psixoloji amil və fərdi mübarizələr də önəmlidir. Çox yaxşı oyun olacağını düşünürəm. Azarkeşləri final günü stadiona dəvət edirəm. Kuboku qazanacağımıza ümid edirəm".
Xatırladaq ki, cari mövsüm Azərbaycan Kubokunun finalında "Sabah" və "Zirə" komandaları üz-üzə gələcək. Qarşılaşma mayın 13-də "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.
Oxşar xəbərlər
Valdas Dambrauskas: "Oyunun gedişinə görə haqq etdiyimiz qələbəni qazandıq"
"Omoniya"nın baş məşqçisi: Sabahkı oyunda nəticə qazanmağa çalışacağıq
Valdas Dambrauskas: "Sumqayıt"la oyunun son dəqiqəsində lazımsız qol buraxdıq"
"Omoniya"nın baş məşqçisi: Nəticə bizim üçün yaxşı olmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
