FIFA referisi Fariz Yusifov DÇ-2026-da hakimliyin səviyyəsini dəyərləndirib
Hakimlər DÇ-2026-ya yüksək səviyyədə hazırlaşıblar.
Bunu "Sizinxeber.az"a açıqlamasında FIFA referisi Fariz Yusifov deyib.
Mütəxəssis ABŞ, Kanada və Meksikada keçirilən mundilada idarəçilik zamanı hakimlərin epizodlara yaxın olmağa çalışdıqlarını bildirib:
"Hakimlər turnirə yüksək səviyyədə, bir ay əvvəldən hazırlaşıblar. Onlar üçün çox yaxşı vəsait də ayırılıb. Hətta ədalət təmsilçilərini tamamilə robot qismində idarə etmək istəyirlər. Oyundakı müəyyən epizodları hərəkətdə ola-ola hakimlərin gözü ilə görməyi hədəfləyirlər. Ona görə də hakimlər epizodlara çox yaxın olmağa çalışırlar. Hətta matçların birində top hakimə də dəydi. Bu, təlimatların epizodlara yaxın olmaq tələbindən irəli gəlir ki, kameralar vasitəsilə hər şey aydın görünsün".
Referi Əlcəzairlə oyunda Argentina yığmasının futolçusu Lionel Messinin qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu söyləyib:
"Messi ciddi qayda pozuntusuna yol verdi. Rəqib futbolçunun ayağına arxadan zərbə birmənalı qırmızı vərəqəlik epizod idi. Avropadan olan hakimlərin buna niyə göz yumduğunu anlaya bilmədim. Ümumilikdə isə hər şey yaxşıdır".
Qadın hakimlərin idarəçiliyinə də toxunan F.Yusifov müasir futbolda texnologiyanın rolunun artdığını bildirib:
"Futbolda hakimin qadın və ya kişi olması əsas deyil. Əsas meyar obyektivlik və texnologiyadan düzgün istifadə edərək oyunu idarə etməkdir. FIFA da bir yenilik və reklam xarakterli eksperiment etmək istəyir. Matçların birində qadın hakim oyun idarə etdi və bu, yaxşı alındı. O, 11 metrlik cərimə zərbəsi də təyin etdi".
O, qarşılaşmalarda verilən su fasilələrinin oyunun dinamikasına təsirini önə çəkib:
"Bu fasilələr oyunun ortalarında verilir. Hakimlik dönəmində oyunu təhlil edərkən onu 3 hissəyə bölürdüm. İlk 15 dəqiqə sürətli başlaya bilər, ikinci 15 dəqiqədə sönük oyun keçər, son 15 dəqiqədə isə intensivlik arta bilər. FIFA bəlkə də su fasiləsini tətbiq etməklə düzgün addım atıb. Fasilə 3 dəqiqə çəkir. Əlavə vaxt olaraq da 5 və ya 6 dəqiqə artırılır. İlk 15 dəqiqədən sonra temp aşağı düşəndə futbolçulara su fasiləsi ilə rahatlıq verilir. Fasilədən qayıdandan sonra isə hissənin sonuna qədər oyunda intensivlik və sürət xeyli artır. Belə düşünülübsə, bu qərara heç bir etiraz yoxdur".
Oxşar xəbərlər
FIFA referisi Fariz Yusifov: "Hakimlər Komitəsi mövsümün həlledici mərhələsinə hazırlıqsız daxil olub"
Hakimlər Komitəsinin sədri "Sabah" - "Turan Tovuz" matçındakı mübahisəli epizodlara münasibət bildirib
Azərbaycanın FIFA referisi UEFA-nın seminarında iştirak edəcək
Keçmiş FIFA referisi 43 yaşında vəfat edib
Azərbaycanın FIFA referisi Avropa çempionatının final mərhələsinə təyinat alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
-
Neft Emalı Zavodunda yanğın başlayıb
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
