İsrail yaxın saatlarda ərazisinin atəşə tutulması ehtimalı barədə xəbərdarlıq edib
sizinxeber.az xəbər saytı

İsrail yaxın saatlarda ərazisinin atəşə tutulması ehtimalı barədə xəbərdarlıq edib


İsrail Ordusu Beyruta endirilən zərbədən sonra yaxın saatlarda ölkə ərazisinin atəşə tutulacağını ehtimal edib.

"Sizinxeber.az"un ordunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu qiymətləndirmə İsrailin Müdafiə Ordusunun baş qərargah rəisi general-leytenant Eyal Zamirin sədrliyi ilə keçirilən əməliyyat iclasının yekunlarına əsasən verilib. Görüş Beyrutun ətrafındakı şəhərdə iranyönlü "Hizbullah"ın obyektinə endirilən zərbədən sonra baş tutub.

"Vəziyyətin qiymətləndirilməsinə əsasən, İsrailin Müdafiə Ordusu yaxın saatlarda İsrail ərazisinin atəşə tutulmasına hazırlaşır", - hərbçilər bildirib.

Mətbuat xidməti ordunun yüksək hazırlıq vəziyyətində olduğunu, müxtəlif müdafiə və hücum hərəkətlərinə hazırlığını vurğulayıb və əlavə edib ki, İsrail ərazisinin atəşə tutulmasına dözməyəcək.

Bununla yanaşı hazırda ölkədəki mülki şəxslər üçün heç bir xüsusi təlimat verilməyib.

Oxşar xəbərlər

İsrail ordusu Beyrut ətrafında "Hizbullah" obyektinə zərbə endirib
İsrail ordusu Livanda “Hizbullah” hədəflərinə zərbələr endirib
İsrail ordusu sutka ərzində Livanda "Hizbullah"a aid 200 hədəfə hücum edib
İsrail ordusu “Hizbullah”ın hədəflərinə yeni hücum dalğası elan edib
İsrail və "Hizbullah" arasında qarşılıqlı raket zərbələri qeydə alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər