"Omoniya"nın baş məşqçisi: İlk 30 dəqiqədən sonra rəqibə nəfəs almağa imkan vermədik
İlk 30 dəqiqədən sonra rəqibə nəfəs almağa imkan vermədik.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Omoniya"nın baş məşqçisi Valdas Dambrauskas Kiprdə "Zirə"yə qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis 6:0 hesabı ilə qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:
"Fantastik qələbə münasibəti ilə hər kəsi təbrik edirəm. Əla oyun göstərdik. Rəqibimiz yaxşı komanda idi. Onlar da pressinq edirdilər. Qələbəyə görə çox şadam. Gələn həftə pley-off mərhələsini uğurla başa vurmaq və ölkə çempionatının oyununa köklənmək istəyirik. Azarkeşlərimizin möhtəşəm dəstəyi bizə əlavə ruh verdi. Stadionda inanılmaz atmosfer var idi. Futbolçularım çox yaxşı iş bacardılar. İlk 30 dəqiqədən sonra rəqibə nəfəs almağa imkan vermədik. Onları cərimə meydançamızdan uzaqda saxladıq".
Qeyd edək ki, "Zirə" və "Omoniya" arasında cavab matçı avqustun 29-da “Liv Bona Dea Arena”da təşkil olunacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.
Oxşar xəbərlər
"Omoniya"nın baş məşqçisi: "Zirə" ilə matçda diqqətli olmalıyıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konfrans Liqası: "Zirə" bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" ilə oyun üçün bu gün Kiprə yollanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəşad Sadıqov: "Omoniya" təcrübəli və keyfiyyətli futbolçulardan təşkil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəşad Sadıqov: Futbolda belə oyunlar olur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












