Rəşad Sadıqov: "Karvan-Yevlax"a qarşı oynamağın nə qədər mürəkkəb olduğunu bir daha hiss etdik"
Yevlaxda "Karvan-Yevlax"a qarşı futbol oynamaq mürəkkəbdir.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XXV turunda "Karvan-Yevlax"a qarşı keçirdikləri səfər matçından sonra mətbuat konfransında deyib.
O, 1:0 hesablı qələbəni şərh edib:
"Bizim üçün kifayət qədər çətin qarşılaşma oldu. Komandamın nümayiş etdirdiyi əzmkarlıq və intizam məni qane etdi. Bu gün qalib gəlməsəydik belə, yenə eyni fikirləri səsləndirərdim. Yevlaxda "Karvan-Yevlax"a qarşı oynamağın nə qədər mürəkkəb olduğunu bir daha hiss etdik. Rəqib son turlarda oyununu xeyli inkişaf etdirib. Çoxlu qol imkanları yaratdıq, amma bu qədər şansı dəyərləndirə bilməyəndə qələbə qazanmaq çətinləşir. Bir ara oyunun heç-heçə bitəcəyini düşündüm. Lakin futbolçular sona qədər inamlarını itirmədilər, mübarizəni davam etdirdilər və nəticədə çox önəmli 3 xal qazandıq".
Oxşar xəbərlər
Premyer Liqa: "Zirə" səfərdə "Karvan-Yevlax"ı məğlub edib
"Karvan-Yevlax" yoxlama oyununda qələbə qazanıb
"Karvan-Yevlax" daha bir oyunçunu heyətinə qatıb
"Karvan-Yevlax" müdafiəçisi ilə müqavilə müddətini uzadıb
"Karvan-Yevlax" yarımmüdafiəçisi ilə müqavilənin müddətini uzadıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
