Birol Küle: "Türk dövlətləri Avropa İttifaqından fərqli əməkdaşlıq modeli qurmağı hədəfləyir" - EKSKLÜZİV
sizinxeber.az xəbər saytı

Birol Küle: "Türk dövlətləri Avropa İttifaqından fərqli əməkdaşlıq modeli qurmağı hədəfləyir" - EKSKLÜZİV


Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətləri perspektivdə Avropa İttifaqının mövcud modelini təkrarlamaq yerinə, regionun spesifik xüsusiyyətlərinə uyğunlaşdırılmış orijinal iqtisadi əməkdaşlıq mexanizmini yaratmağı nəzərdə tuturlar.

Bu barədə "Sizinxeber.az"un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle deyib.

Onun fikrincə, məqsəd mövcud modelləri olduğu kimi tətbiq etmək deyil: "Biz Avropa İttifaqının bu quruluşunu nümunə olaraq götürməkdənsə, öz coğrafiyamıza xas və daha səmərəli bir model yaratmağa səy göstəririk. Bu sahədə ilkin addımlar artıq həyata keçirilib və proses davam etdirilir".

O həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyənin rəqabət qurumları arasında intensiv əməkdaşlıq prosesi fasiləsiz davam etməkdədir:

"Tərəflər müntəzəm qaydada ortaq təlimlər, müzakirə sessiyaları və təcrübə mübadiləsi həyata keçirirlər. Bu iş birliyi hər vaxt medianın diqqət mərkəzində olmasa da, Azərbaycan və Türkiyə rəqabət qurumları arasında olduqca yaxın əlaqələr qurulub".

B. Küle vurğulayıb ki, son dövrdə Türk dövlətlərində müşahidə edilən iqtisadi yüksəliş fonunda rəqabət qanunvericiliyinin iqtisadiyyatın bütün seqmentlərində həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

"Dayanıqlı iqtisadi böyümənin və əhalinin yaşayış səviyyəsinin artmasının fundamental şərtlərindən biri sağlam rəqabət mühitinin təmin edilməsidir. Rəqabət hüququnun iqtisadiyyatın ən xırda sahələrinə belə şamil olunması uzunmüddətli inkişaf və ictimai rifah baxımından zəruridir", - deyə o bildirib.

Oxşar xəbərlər

Birol Küle: "TDT üzv ölkələrinin rəqabət qurumları birgə araşdırmalar aparmağı planlaşdırır" - EKSKLÜZİV
Birol Küle: "Xarici şirkətlər öz ölkələrindəki normalara başqa bazarlarda əməl etmirlər"
Türkiyə rəqabət qurumlarını rəqəmsal platformalara qarşı birgə mübarizəyə çağırıb
Merey Mukajan: "TDT xarici investorlar üçün vahid rəqabət mühiti formalaşdırmağı planlaşdırır" - EKSKLÜZİV
Merey Mukajan: "TDT-yə üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələri mövcud potensiala uyğun deyil"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər