"Gəncə"nin yeni transferi: "Mənim hədəflərim klubun istəkləri ilə eynidir"
Mənim hədəflərim klubun istəkləri ilə eynidir.
"Report" xəbər verir ki, bunu "Gəncə" basketbol komandasının yeni transferi Malek Deyvis klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, kollektivə qoşulduğu ilk gündən xoş münasibət gördüyünü söyləyib:
“Məni Gəncədə olduqca xoş qarşıladılar. Qonaqpərvərlik göstərdilər, məmnun qaldım. Bu cür qarşılanmaya görə kluba, məşqçilərə və komanda yoldaşlarıma təşəkkür edirəm. Baş məşqçimizlə bura gəlməmişdən öncə telefon söhbətimiz olmuşdu. İlk danışığımız əla keçdi. O, komandanın vəziyyətindən bəhs edib, məndən gözləntilərini ortaya qoydu. Bu, mənim “Gəncə”yə keçidimdə həlledici rol oynadı”.
Malek komandanın qarşısına qoyulan hədəfdən də danışıb:
“İddialıyıq, hər oyuna qələbə üçün çıxırıq. Mənim hədəflərim klubun istəkləri ilə eynidir. Məqsədimiz uğur qazanmaqdır”.
ABŞ-dən olan basketbolçu Azərbaycan çempionatı ilə bağlı müəyyən informasiyaya malik olduğunu bildirib:
“Burada çıxış edən həmyerlilərim var. Ölkənizə gəlməmişdən öncə dostluq münasibətində olduğum oyunçulardan liqanın səviyyəsi barədə sorusmuşdum. Deyildiyi kimi güclü yarışdır. Rəqabət var, mübarizə yüksəkdir. Oynadığım ilk matçda da bunun şahidi oldum”.
Oxşar xəbərlər
"Gəncə" heyətini amerikalı basketbolçu ilə gücləndirib
"Araz-Naxçıvan"ın yeni transferi: "Yüksək yer uğrunda mübarizə aparan klubun üzvü olmaq xoşdur"
"Kəpəz"in yeni transferi: "Azarkeşlərimiz üçün ən yaxşısını etməyə çalışacağam"
"Araz-Naxçıvan"ın yeni transferi: "Yüksək yerlər uğrunda mübarizə aparan klubun üzvü olmaq xoşdur"
“Sumqayıt”ın yeni transferi: "Əsas hədəfimiz pley-offa vəsiqə qazanmaqdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
