“Qəbələ”nin yeni transferi: “Heyətimizin keyfiyyətli olduğunu düşünürəm”
sizinxeber.az xəbər saytı

“Qəbələ”nin yeni transferi: “Heyətimizin keyfiyyətli olduğunu düşünürəm”


2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Qəbələ” keyfiyyətli heyətə malikdir.

“Sizinxeber.az” xəbər verir ki, bunu “Qəbələ”nin yeni transferi Adriel Ba Loua klubun mətbuat xidmətinə açıqlamasında deyib.

28 yaşlı yarımmüdafiəçi komandanın keyfiyyətli futbolçulara malik olduğunu söyləyib:

“Fikrimcə, keyfiyyətli komandamız var. “Qəbələ” ötən il I Liqada çempion olub və düşünürəm ki, bu təsadüfi deyil. Komandanı bir çox futbolçuların tərk etməsinə baxmayaraq, heyətimizin keyfiyyətli olduğunu düşünürəm. Peşəkar və təcrübəli məşqçilər korpusumuzla gözəl işlər görə bilərik. Ümidvaram ki, yaxşı nəticələrə imza atmağı bacaracağıq. Mən də “Qəbələ” üçün əlimdən gələni edəcəyəm”.

Fil Dişi Sahilindən olan futbolçu Azərbaycanı çox bəyənib:

“Azərbaycanın çox yaxşı insanları var. Komandamızda da hələlik hər şey qaydasındadır. Əvvəllər Azərbaycan haqqında məlumatım yox idi. “Qəbələ”dən dəvət gəldikdən sonra araşdırdım, hər şeyi götür-qoy etdim və sonda qərarımı verdim. Burada olmaq çox xoşdur. Azərbaycan və Qəbələ gözəldir”.

Qeyd edək ki, klub Adriel Ba Loua ilə 1 illik müqavilə imzalayıb.

Oxşar xəbərlər

"Qəbələ" yeni transferini açıqlayıb
“Qəbələ”nin yeni məşqçisi Premyer Liqada qalacaqlarına əmindir
“Qəbələ”nin futbolçusu: “Klub rəhbərliyi şərait yaratdı və qalmağa qərar verdim”
“Qəbələ”nin nigeriyalı futbolçusu: “Əsas məqsədimiz Premyer Liqaya vəsiqə qazanmaqdır”
"Araz-Naxçıvan"ın yeni transferi: "Yüksək yerlər uğrunda mübarizə aparan klubun üzvü olmaq xoşdur"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər