Braziliya yığmasının heyətində dünya çempionu olan Brito vəfat edib
sizinxeber.az xəbər saytı

Braziliya yığmasının heyətində dünya çempionu olan Brito vəfat edib


Braziliya yığmasının heyətində 1970-ci ildə dünya çempionu olan sabiq mərkəz müdafiəçisi Brito 86 yaşında dünyasını dəyişib.

"Sizinxeber.az" FİFA-ya istinadən xəbər verir ki, o, sətəlcəm səbəbindən yaranan fəsadlara görə bir həftə xəstəxanada müalicə olunduqdan sonra həyatını itirib.

Braziliya millisində 1964-cü ildə debüt edən müdafiəçi 2 il sonra keçirilən dünya çempionatında Portuqaliyaya qarşı oyunda meydanda olub. Daha sonra Brito Meksikada 1970-ci ildə təşkil edilən mundialda bütün qarşılaşmalarda iştirak edib.

O, Everaldo (1974), Fontana (1980), Feliks (2012), Joel Kamarqo (2014), Karlos Alberto (2016) və Peledən (2022) sonra Mario Zaqallonun rəhbərlik etdiyi həmin heyətdə dünyasını dəyişən 7-ci futbolçu olub.

Qeyd edək ki, Braziliya komandası DÇ-2026-da ilk oyununu şənbə günü Mərakeşə qarşı keçirəcək

Oxşar xəbərlər

Braziliya yığmasının sabiq hücumçusu vida matçı keçirəcək
DÇ-2026: Argentina və Braziliya milliləri seçmə mərhələdə məğlub olublar
Braziliya millisinin sabiq futbolçusu 43 yaşında karyerasını bərpa edib
Argentina millisi ilə dünya çempionu olan futbolçu vəfat edib
1930-2022: Dünya çempionatlarının açılış oyunları - ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər