Hesablama Palatası: Yeni layihələrin maliyyələşdirilməsinə üstünlük verilir
sizinxeber.az xəbər saytı

Hesablama Palatası: Yeni layihələrin maliyyələşdirilməsinə üstünlük verilir


2025-ci ildə Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşu xərclərində keçid layihələrinin məbləğinin əvvəlki illə müqayisədə azalması yeni layihələrin maliyyələşdirilməsinə üstünlük verildiyi qənaətinə gəlməyə əsas verib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

2025-ci il üçün dövlət əsaslı vəsait qoyuluşu üzrə icra edilmiş 2 milyard 305,1 milyon manat xarici kreditor qurumlarla birgə maliyyələşmə əsasında həyata keçirilən layihələr də nəzərə alınmaqla 40 sifarişçi üzrə 352 layihəni əhatə edib, bunun 711,9 milyon manatı (30,9 %-i) 151 yeni layihənin, 1 milyard 593,2 milyon manatı (69,2 %-i) mövcud 201 keçid layihənin maliyyələşdirilməsinə yönəldilib.

2025-ci ilin "Büdcə zərfi" ilə müqayisədə layihələrin sayı 186 layihə artsa da, məbləği 380,2 milyon manat (14,1 %) azalıb, əvvəlki illə müqayisədə isə yeni layihələrin məbləği 163,8 milyon manat azalsa da, sayı 16 layihə (11,9 %) artıb. Eləcə də əvvəlki illə müqayisədə keçid layihələrin sayı 28 layihə, məbləği isə 272,5 milyon manat və yaxud 16,2 % azalıb.

Oxşar xəbərlər

Azərbaycanda ötən il investisiya xərclərinin 46 %-i IV rübdə icra edilib
Azərbaycanda ötən il büdcə gəlirləri və xərclərinin ən yüksək icra səviyyəsi dekabrda olub
Azərbaycanda son 5 ildə kənd təsərrüfatı xərcləri 27 % artıb
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
HP sədri: 2025-ci ilin dövlət büdcəsində dörd mədaxil mənbəyində azalma nəzərdə tutulur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər